Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия










Bütün video xəbərlər ...


Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi və fəal iştirakı ilə təşkil olunmuş 9-cu Azərbaycan beynəlxalq “Təhsil” sərgisi Bakı Ekspo Mərkəzində öz işinə başladı. Burada eyni vaxtda 9-cu Azərbaycan beynəlxalq “Karyera” sərgisi də keçirilir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

Məruzəçi həmçinin bildirdi ki, nazirlik ənənəvi “Təhsil” sərgisini yüksəl qiymətləndirir: “Biz şadıq ki, bu tədbirə olan maraq ildən-ilə daha da artır. “Təhsil” və “Karyera” sərgiləri gənclərlə işəgötürənlər arasında əlaqələrin qurulmasına, təhsilin nüfuzunun artırılmasına və digər məsələlərə kömək edir. Bu mənada ötən il reallaşdırılmış layihələrin nümunələrindən faydalanmaq lazımdır. Bakıda İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin, eləcə də Azərbaycan – Fransa Universitetinin filialı açıldı. Sevindirici haldır ki, bu gün bir sıra yerli universitetlər iki-ixtisaslı diplomların verilməsini həyata keçirir və bu da təhsil prosesinin beynəlxalq səviyyədə yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Ötən sərgidə “Sabah” layihəsi təqdim edilmişdi və ötən dövr ərzində bu layihədə iştirak edən ali təhsil müəssisələrinin sayı artmışdır. Beləliklə, sərgi sözügedən layihənin inkişafına müsbət təsir göstərmişdir.



“Caspian Event Organisers” şirkətinin Baş direktoru Fərid Məmmədov məlumat verdi ki, bu il “Təhsil” sərgisində dünyanın 16 ölkəsini təmsil edən 124 şirkət müəssisə iştirak edir. Hər il 10 mindən artıq ziyarətçi sərgidən yerli və xarici təhsil müəssisələri, təqaüd proqramlar, tələbə vizalarının verilmə qaydaları və digər mühüm məsələlər haqqında dürüst məlumat almaq məqsədilə faydalanır.

Sərginin ekspozisiyasını ən müxtəlif ixtisaslar üzrə 75-dən artıq ödənişli və ödənişsiz fakültə, kurs və proqramlar təşkil edir. Sərginin iştirakçıları arasında Azərbaycan, Rusiya, Latviya, Litva, Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, ABŞ, Türkiyə, Qazaxıstan, İsveçrə, Macarıstan və digər ölkələrin ali təhsil müəssisələri, kolleclər, kurslar, treninq mərkəzləri, eləcə də dövlət təşkilatları yer alır.
Latviya, Litva, Polşa, Türkiyə, Amerika Birləşmiş Ştatlarının milli stendləri Azərbaycanlı tələbələrin xaricdə təhsil almaq imkanları barədə məlumat verir. Öz stendində yaxın gələcək üçün nəzərdə tutulmuş plan və proqramlar barədə məlumat verən Azərbaycan Respublikası Təhsil Nazirliyi də ənənəvi olaraq sərgidə fəal iştirak edir.

Sərgidə yaşı 16 və daha çox olan ziyarətçilər üçün nəzərdə tutulmuş “ali təhsil” və “dil biliklərinin təkmilləşdirilməsi” sektorlarına xüsusi diqqət yetirilir. Universitet proqramlarının çoxçeşidliliyi, bakalavr, magistr, “MBA” və fəlsəfə doktoru dərəcələrinin əldə edilməsi, dil kursları keçmək imkanları ekspozisiyaların əsasını təşkil edir. Aşağıdakı ixtisaslar sərgidə geniş təqdim olunur: “biznes və marketinq”, “informatika və kompyuter texnologiyaları”, “tibbi təhsil”. “Metallurgiya”, “Təbii resursların idarə edilməsi və mühafizəsi”, “Həndəsə” və “Hərbi texnologiyalar” fakültələri isə ilk dəfə olaraq təqdim edilir.
“Təhsil müəssisələri üçün müasir avadanlıqlar” sektoru da sərgidə diqqətdən yayınmayıb. “Lukas-Nuelle”, “Sinam”, “ITE - Innovative Technologies in Education” və digər şirkətlər sərgidə təhsil prosesini asanlaşdıran yeni İT texnologiyaları, eləcə də interaktiv lövhələr, orta və ali təhsil müəssisələri üçün kompyuterlər və laboratoriya avadanlıqlarını təqdim edirlər.

Bu il “Azercell”, “Azersu”, “Azersun Holding”, “Formula1 - Baku European Grand Prix”, “Gilan Holding”, “Bakı Metropoliteni”, “Halliburton”, ARDNŞ, “SOCAR Polymer” və digər şirkətlərin daxil olduğu “Karyera” sərgisinin iştirakçıları neft-qaz, rabitə, nəqliyyat xidmətləri, maliyyə, su təchizatı, energetika, satış və marketinq sahələri üzrə vakansiyalar təklif edirlər.
Ümumilikdə, iş axtaranlara aşağıdakı ixtisaslar üzrə cari vakansiyalar təklif olunur: mühasib, ofis meneceri, İT mütəxəssisi, auditor, maliyyə təhlilçisi, İR meneceri, məlumat mərkəzinin əməkdaşı, marketinq meneceri, energetika üzrə mühəndis, elektrik mühəndisləri, mexaniklər, avtomatlaşdırma mütəxəssisləri və s.

“Təhsil” sərgisinə giriş yuxarı sinif şagirdləri və onların valideynləri, eləcə də abituriyentlər, tələbələr, bu sahənin bütün mütəxəssisləri, habelə iş axtaran hər kəs üçün açıqdır. “Karyera” sərgisinə giriş iş axtaran hər kəs üçün açıqdır. Sərginin keçiriləcəyi günlər ərzində ziyarətçiləri müntəzəm olaraq metronun “Koroğlu” stansiyasından sərgi mərkəzinə və geriyə (pulsuz) daşıyan xüsusi avtobuslar ayrılacaq.
Sərgi oktyabr ayının 11-nə qədər öz işinə davam edəcək.




BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK

Azərbaycan Respublikasının
Təhsil Nazirliyi
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
KARYERA
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Career
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
VALYUTA MƏZƏNNƏSİ
  19/08/2017 20/08/2017
USD 1.7008 1.7008
EUR 1.9963 1.9963
GBP 2.1926 2.1926
RUR 0.0287 0.0287
HAVA



EDUCATION Azerbaijan is Copyright © 2000-2017 Bütün hüquqlar qorunur. Hosted by VebTek