Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

06.11.2015 13:12

Azərbaycanda “Tələbə həftəsi”

Azərbaycan Tələbələr Birliyi (ATB) Beynəlxalq Tələbə Günü münasibətilə noyabrın 10-dan 17-dək ölkəmizdə “Tələbə həftəsi” elan edir.

AZƏRTAC xəbər verir ki, birlik tərəfindən ənənəvi olaraq hər il təşkil edilən bu həftəliyin əsas məqsədi Azərbaycan tələbələrinin beynəlxalq tələbə hərəkatının fəal hissəsi olduğunu nümayiş etdirmək və onların təşəbbüslərini dəstəkləməkdir.

Birliyin sədri Elvin Aslanovun verdiyi məlumata əsasən, “Tələbə Həftəsi” çərçivəsində 20-yə yaxın ali təhsil müəssisəsində müsabiqə və yarışların keçirilməsi, görüş və konfransların, habelə maarifləndirici aksiyaların təşkil olunması nəzərdə tutulur.

Tədbirlər yalnız Bakı şəhərini deyil, eyni zamanda Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərini də əhatə edəcəkdir. Həftəlik çərçivəsində ictimai fəallığı ilə fərqlənən tələbələrin mükafatlandırılması, bir neçə tələbə qrupunun sosial layihələrinin dəstəklənməsi, sonda isə Azərbaycan tələbələrinin dünya ictimaiyyətinə müraciətinin ünvanlanması da planlaşdırılır.

E.Aslanov onu da əlavə edib ki, Azərbaycan tələbələri istər təhsil prosesində, istərsə də ictimai-siyasi proseslərdə çox fəal iştirak edirlər. Bu gün tələbələrimiz yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da fəaldırlar. Onların ən reytinqli xarici ali təhsil ocaqlarında təhsil almaları, diasporda fəallıqları, müxtəlif beynəlxalq təşkilatlarda ciddi vəzifələr tutmaları, beynəlxalq yarış və simpoziumlarda iştirakları və s. dediklərimizə bariz nümunədir. Buna görə də Azərbaycan tələbələri beynəlxalq tələbə hərəkatının fəal tərkib hissəsi olmaqla yanaşı, həm də öz ölkəsini dünyada layiqincə təbliğ edə bilən qüvvədir.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK

Azərbaycan Respublikasının
Təhsil Nazirliyi
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
KARYERA
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Career
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
VALYUTA MƏZƏNNƏSİ
  19/08/2017 20/08/2017
USD 1.7008 1.7008
EUR 1.9963 1.9963
GBP 2.1926 2.1926
RUR 0.0287 0.0287
HAVA



EDUCATION Azerbaijan is Copyright © 2000-2017 Bütün hüquqlar qorunur. Hosted by VebTek