Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия








Bütün video xəbərlər ...

10cu Yubiley Azərbaycan Beynəlxalq Təhsil Sərgisi

7-9 oktyabr, 2016

SAHƏNIN BÜTÜN PROFESSIONALLARINI BİR ARAYA GƏTİRƏN UNİKAL İŞGÜZAR PLATFORMA

7 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 10-cu Yubiley Azərbaycan Beynəlxalq Təhsil sərgisi öz işinə başladı. “Təhsil” sərgisi bu mövzu üzrə sərgi formatında keçirilən yeganə tədbirdir.

Sərginin açılış mərasimində Təhsil Nazirinin müavini cənab Ceyhun bayramov, Polşanın Azərbaycandakı səfiri cənab Marek Tsalka və “Caspian Event Şirkətinin” icraçı direktoru cənab Bəhruz Hidəyətzadə çıxış ediblər.

Cənab Bayramov qeyd edib ki, insan kapitalının formalaşdırılması müstəqil ölkənin əsas inkişaf fəlsəfəsini təşkil edir. Qarşıya qoyulmuş məqsədə nail olmaq bir sıra cəhətlərə görə təhsil sənayesi ilə bağlıdır. Bu gün yüksək sürətli texnologiyalar bütün dünyada daim yenilənmə tələb edir və yeni ixtisasların yaranmasına kömək edir. Şübhəsiz ki, bu sərgidə təmsil olunan xarici və yerli təhsil müəssisələri bu prosesə öz töhfəsini verir. Həmçinin Təhsil Nazirinin müavini qeyd etdi ki, sərginin yubileyi Azərbaycanın Müstəqilliyinin bərpasının 25 illiyinə təsadüf etdi. Sonda cənab Bayramov bu illər ərzində sərginin keçiirilməsində təşkilatçılara öz minnətdarlığını bildirdi. Cənab Tsalka qeyd etdi ki, ölkəsinin milli stendi bu sərgidə təmsil olunduğu üçün o, məmnunluq hissi duyur. “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidəyətzadə qeyd etdiki, bu il “Təhsil” sərgisi dünyanın 14 ölkəsindən 118 iştirakçını bir araya gətirərək 60-dan çox fakültə təqdim edir. Bir mühüm amili də qeyd etmək lazımdır ki, bu sərgi ölkədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə sərgidir. Təşəkkür naminə “Caspian Event Organisers” şirkəti tərəfindən Təhsil Nazirliyinə dəstəyə görə sertifikat təqdim olundu.

İştirakçılar arasında Azərbaycan, Almaniya, Belarus, İordaniya, Latviya, Litva, Macarıstan, Polşa, Çexiya ölkələrin ali təhsil müəssisəsi, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri də var. Sərgidə ənənəvi olaraq milli qruplar da iştirak edir və onların arasında Polşa (“Go Poland”), Litva (“Study in Lithuania”) və Türkiyə (Study in Turkey) çıxış edirlər. Bu il İordaniya sərgidə ilk dəfə iştirak edir. Sərgiyə Azərbaycanın təhsil müəssisələrindən gələn nümayəndələrin də sayı durmadan artır, belə ki, bu il eksponentlərin siyahısında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə), Gəncə Dövlət Universiteti, “İT Step Academy”. “EduGuide” Azerbaijan və “CELT Colleges” şirkətləri xaricdə təhsil proqramını təqdim edəcəklər. Ümumilikdə, yerli eksponentlər sərgi iştirakçılarının 30%-nı təşkil edir.

Hər il sərgidə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyi öz stendində ”Maarifçi”, “Sabah”, “Bir könüllü”, “Azərbaycan üçün öyrət” layihələrini təqdim edir. Həmçinin, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə birlikdə Təhsil Nazirliyinin stendində Fransız-Azərbaycan Universiteti (UFAZ) təqdim olunur.   

Bu il “Təhsil” sərgisində yenidən məktəbəqədər təhsil sektoru  təqdim olunur. Bu sektorda  Beynəlxalq Sabis Sun Məktəbi, "XXI Əsr" Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi və «British School in Baku» iştirak edir.    


Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və “MBA” proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunur. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyət quraraq qəbul prosesinin ilk addımları, qəbula ən yaxşı şəkildə hazırlaşma, sənəd qəbulunun müddətləri, təhsil haqqı və yaşayış yerləri kimi məsələlər xüsusunda onları maraqlandıran suallar vermək, eləcə də ali təhsil müəssisələrinin reytinq və ixtisaslaşmalarını, habelə digər məsələləri öyrənmək imkanına malik olacaqlar.

Hazırda Azərbaycanda müasir avadanlıqlara ehtiyac duyan uşaq bağçaları və məktəblərin inşası və təmir olunması üzrə işlər həyata keçirilir. Sərgidə “Lukas-Nuelle” və “Sinam” şirkətləri tərəfindən “Təhsil müəssisələri üçün müasir avadanlıqlar və multimedia sistemləri” sektoru çərçivəsində laboratoriya avadanlıqları, interaktiv lövhələr, orta və ali təhsil müəssisələri üçün kompyuterlər nümayiş olunur.

Parallel olaraq Bakı Ekspo Mərkəzində 10-cu Azərbaycan Beynəlxalq Karyera Sərgisi də keçirilir. Sözügedən sərgi həm birbaşa məşğulluq baxımından, həm də “rekrutinq” (personalın seçilməsi və qiymətləndirilməsi) üzrə mütəxəssislərlə peşəkar ünsiyyət üçün imkan yaradan ixtisaslaşmış unikal platformadır.

Bu il “Karyera” sərgisində iştirakçılar arasında “Gilan Holding”, SOCAR, SOCAR AQS, Azersun, Baku Sea Port və digər şirkətlər ziyarətçilərə vakansiyalarını təqdim edəcəklər.  

 


Artıq bizim sərgilərdə xüsusi uşaq guşəsi fəaliyyət göstərir. Bu isə o deməkdir ki, siz sərgiyə uşaqlarla gəldiyiniz zaman, onları bizim peşəkarlara etibar edə bilərsiniz. Siz sərgi iştirakçıları ilə görüşlər keçirərkən, həmin peşəkar şəxslər uşaqlarınızı faydalı və maraqlı əyləncə növləri ilə məşğul edəcəklər. Bu xidməti sizə tərəfdaşımız - “Ağıl və Bilgi” şirkəti təklif edir. Öz işinin peşəkarları olan bu gənclər çoxdandıq ki, maraqlı və qeyri-adi layihələri, eləcə də əyləncəli ekskursiyaları ilə həm uşaqların, həm də onların valideynlərinin rəğbətini qazanıblar.

Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.




BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
KARYERA
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Career
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  26/06/2017 27/06/2017
USD 1.7022 1.7022
EUR 1.8999 1.8999
GBP 2.1620 2.1620
RUR 0.0285 0.0285
HAVA



EDUCATION Azerbaijan is Copyright © 2000-2017 Bütün hüquqlar qorunur. Hosted by VebTek