Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

09.10.2016 16:00

Təhsil sahəsində beynəlxalq əməkdaşlığın uğurlu inkişafı

Bu gün Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Təhsil sərgisinin sonuncu iş günüdür. Layihə uğurla reallaşdırılıb və gənclərin böyük marağına səbəb olmaqla yanaşı, təhsil qurumlarının uğurlu seçimi üçün imkanlar, gələcək ixtisasın xüsusiyyət və perspektivlərini diqqətə çatdırıb. Bir sıra işgüzar insanlar və işəgötürənlər burada layiqli gənc mütəxəssislərlə görüşüb. Ümumilikdə, sərgidə 60-dan artıq müxtəlif fakültəni təqdim edən 15 dünya ölkəsindən 118 təhsil müəssisəsi iştirak edir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” (“CEO”) şirkətidir.

Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov öz çıxışında qeyd edib ki, bu sərgidə təmsil olunan xarici və yerli təhsil müəssisələri müxtəlif ölkələri təmsil edən təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığa kömək edir. Təhsili cəmiyyətin inkişafının ən mühüm elementi hesab edən xarici qonaqlar da bu fikri dəstəkləyirlər. Azərbaycan, Belarus, Macarıstan, Almaniya, İordaniya, Latviya, Litva, Polşa və Çex Respublikasını təmsil edən ali təhsil müəssisələri, məktəblər, təhsil və elm mərkəzlərini təqdim edən eksponentlər sərgi ziyarətçilərinə bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və “MBA” proqramlarını, işgüzar xarici dil kursları, təcrübələr və treninqlər təklif edirlər. On il ərzində sərgiyə dəstək verən Azərbaycan Respublikası Təhsil Nazirliyi bir sıra yeni və özünü doğrultmuş təhsil proqramlarını təqdim edir.

Təhsil sərgisinin onillik yubileyi tədbirin mühüm keyfiyyətini uğurla səciyyələndirərək, ixtisaslaşmış tədbirlər arasında bu sərginin dominant mövqeyini ön plana çəkmişdir. Qeyd etmək lazımdır ki, sərgidəki yeniliklər sərgi debütantlarının stendlərində təqdim edildikdə xüsusi razılıqla qəbul edilir və bu da ikiqat maraq doğurur. Belə ki, bir qayda olaraq, yeni gələnlər maraqlı süjetli ekspozisiya və parlaq təqdimatlarla diqqəti cəlb etməyə, yerli sahibkarlarla fəal şəkildə əlaqə yaratmağa çalışırlar. Sərgidə ziyarətçilər aparıcı ali təhsil müəssisələri, məktəb və məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri ilə həvəslə ünsiyyət qururlar. Dialoqların mövzuları arasında qəbul prosesi, sənədləri təqdim etmə müddəti, təhsil haqqı, ali təhsil müəssisələrinin reytinqi və bir sıra digər məsələlər yer alır.

Təşkilatçılar məhz burada - böyük məktəbli və tələbə qruplarının əhatəyə aldığı stendlərin çox olduğu məkanda mükəmməl “marşrut” yaratmağa müvəffəq olub. Bu psixoloji amil hər biri öz individual və maraqlı layihələri ilə diqqəti cəlb edən ən müxtəlif stendlər arasında saatlarla gəzişməyin mümkün olduğu “Təhsil” sərgisinin məkan göstəriciləri ilə parlaq şəkildə səciyyələnir. “Tədbir çox maraqlı və informativdir və burada stend sahiblərinin xoşməramlılığı hiss edilir!” - müxtəlif ölkə və xalqların ağıllı, enerjili və bilikli nümayəndələri ilə tanışlıqdan əvvəl təhsil sahəsindəki ən son proqramların öyrənilməsinə dair öz təəssüratlarını bölüşən bir çox ziyarətçinin düşüncəsi məhz belədir. Onların hamısı sərginin həm yaşlı, həm də gənc ziyarətçilərinin rəğbətinə səbəb olub.

Sərgi şəxsiyyətin müasir formalaşma dərəcəsini, gənclərin öz təhsilinə münasibətlərini ön plana çəkir. Gənc oğlan və qızların aparıcı şirkət mütəxəssisləri ilə ünsiyyətinə istinadən demək olar ki, gənc nəsil öz gələcək ixtisasları ilə bağlı bir sıra məsələlərin öhdəsindən uğurla gəlirlər. Sərginin yekunları tədbirin uğurunu vurğulayan kütləvi informasiya vasitələrində geniş ictimaiyyətin diqqətinə çatdırılıb.

Sərgi Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil edilib. Həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sərgiyə yaxından dəstək göstərirlər.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
KARYERA
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Career
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  23/01/2017 24/01/2017
USD 1.8311 1.8559
EUR 1.9659 1.9957
GBP 2.2728 2.3210
RUR 0.0307 0.0312
HAVA



EDUCATION Azerbaijan is Copyright © 2000-2017 Bütün hüquqlar qorunur. Hosted by VebTek