EN
RU
12-Cİ AZƏRBAYCAN BEYNƏLXALQ
TƏHSİL SƏRGİSİ

4 - 6 oktyabr 2018 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Rəsmi kataloq

Fotoqalereya
Sərgi » Sərgi haqqında

SƏRGİ HAQQINDA

Azərbaycan Beynəlxalq Təhsil Sərgisi regionun dövlət səviyyəsində təşkil olunan və Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən yeganə tədbirdir. Təhsil sərgisi artıq Azərbaycanda və xaricdə fəaliyyət göstərən ali təhsil və peşə məktəbləri, xüsusi yönümlü orta təhsil məktəbləri, gənclər təşkilatları, təhsil sektorunda özəl şirkətləri və bu kimi digər təşkilatların görüş yerinə çevrilmiş yüksək statusa malik olan tədbirdir və xüsusi əhəmiyyət daşıyır.

 

AZƏRBAYCAN ETİBARLI TƏRƏFDAŞDIR

  • Son bir neçə il ərzində, Azərbaycan ümumi daxili məhsulun artımı və digər göstəricilər baxımından MDB ölkələri arasında ən öndə gedən ölkələrdən biri sayılır. Ötən beş il ərzində, ölkə iqtisadiyyatının səviyyəsi 2.6 dəfə, büdcə xərcləri isə 10 dəfədən çox artmışdır.
  • Əhalisinin sayı  9 milyondan çox olan Azərbaycan Respublikası Qafqaz regionunda neftlə zəngin olan ən iri ölkə sayılır. Ölkə əhalisinin 1.83 milyonu (20.4 %) 16-28 yaş həddi arasındadır.
  • Azərbaycan vətəndaşları üçün təhsil mühüm əhəmiyyət kəsb edən amillərdən biri sayılır. Azərbaycanda peşəkar təhsilə olan tələbat kifayət qədər yüksəkdir və bir çox ailələr xarici ölkələrin nüfuzlu universitet və məktəblərində təhsil imkanları axtarırlar.
  • Hər il 15 min nəfərdən çox Azərbaycanlı tələbə xarici ölkələrdə təhsil alır.

 

ÜMUMİ STATİSTİKA 2017:

Sərgi sahəsi

1368 м²

İştirakçılar

144

Milli qruplar

2

Ölkələr

24

Ziyarətçilər

8928

 

İŞTİRAKÇI ÖLKƏLƏR 2017

Azərbaycan

Litva

Аvstriya

BƏƏ

Belarus

Polşa

Belçika

Rusiya

Böyük Britaniya

Rumıniya

Macarıstan

Sinqapur

Almaniya

Slovakiya

Gürcüstan

ABŞ

İtaliya

Türkiyə

Kanada

Ukrayna

Qığızstan

Çex Respublikası

Latviya

Estoniya

 

HSİL RGİSİ ÇƏRÇİNDƏ EKSPONENT SORĞULARININ NƏ ƏSASƏN:

88%  işgüzar əlaqələrin qurulmasını təsdiqlədi
91% növbəti Təhsil sərgisində öz iştirakını təsdiqlədi
93% sərgidə iştirak etməyi öz həmkar və partnyorlarına tövsiyə edəcəklər

 

RƏYLƏR

“Bu gün Azərbaycanda insan kapitalının inkişafı üçün dövlət, özəl sektor və təhsil ocaqları bərabər çalışır, əməkdaşlığı artırırlar. “Təhsil” və “Karyera” sərgiləri gənclər, təhsil müəssisələri və biznes dünyası arasında səmərəli müzakirələr aparılması və yeni layihələrin təqdim edilməsi üçün çox geniş imkanlar açır.”

Mikayıl Cabbarov,
Azərbaycan Respublikası təhsil naziri

 

“Universitetimiz artıq üç ildir ki, "Təhsil" sərgisində iştirak edir. Biz burada müxtəlif tapşırıqları həll edirik və ilk növbədə, öz imkanlarımızı nümayiş etdirir və gələcək inkişaf perspektivlərini təhlil edirik. Şübhəsiz ki, məqsədimiz daha perspektivli abituriyentləri cəlb etməkdir və biz bu məqsədə nail oluruq.”

Mustafa Babanlı,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru

 

“Universitetimiz “Təhsil” sərgisində bir neçə dəfə iştirak edib və mən əvvəlki sərgilərə əsasən əminliklə deyə bilərəm ki, ziyarətçi axını çox olacaq, çünki Türkiyədə təhsil Azərbaycan tələbələri arasında çox populyardır.
Azərbaycan bizim üçü ən mühüm bazardır və buna görə də universitetimiz həmişə “Təhsil” sərgisində böyük məmnuniyyətlə iştirak edir.”

Səbinə Hüseynova,
İstanbul Aydın Universitetinin Beynəlxalq Əlaqələr Departamentində marketinq üzrə koordinator

 

“Azərbaycanda keçirilən sərgidə ölkəmizin 11 ali təhsil müəssisəsinin nümayəndələri iştirak edirlər. Bu, bizim Bakıdakı potensial tələbələrlə ilk görüşümüz deyil və biz onlar zəruri məlumatlarla təmin edirik. Hər sərginin ardından universitetlərimiz çox sayda məktub alır və bu məktublar əsasən magistraturada təhsili davam etdirmək arzusu ilə bağlıdır.”

Lyudvikas Vilimas,
“Education Exchanges Support Foundation” (Litva) fondunun nümayəndəsi


TƏRƏFDAŞLAR