EN
RU
12-Cİ AZƏRBAYCAN BEYNƏLXALQ TƏHSİL SƏRGİSİ
4 - 6 oktyabr 2018 Bakı Ekspo Mərkəzi
eduexpo

Dəvətnaməni əldə edin

Fotoqalereya

Rəsmi kataloq

Stendin rezervasiyası
EDUCATION Azerbaijan - Universitetin mühüm xüsusiyyətləri
Media мərkəz » Xəbərlər

Universitetin mühüm xüsusiyyətləri
07.10.2017

Xəbərlər

Nərgiz Abışova, Bakı Dövlət Universitetinin Karyera və Təcrübə Mərkəzinin müəllimi

- Universitetimizdə hazırda 17 fakültə fəaliyyət göstərrir. Müxtəlif elm sahələrində mütəxəssislər 65 ixtisas üzrə bakalavr dərəcəsi, 221 ixtisas üzrə magistr səviyyəsində təhsil alırlar. Xarici universitetlərlə müqavilələr tələbələrə digər ölkələrin təhsil müəssisələrində təcrübə keçmək və bilik səviyyəsini artırmaq imkanı verir.

Universitetimizdə həmçinin "Gənc istedadlar" liseyi də var və bu litseyin vəzifəsi xüsusi qabiliyyətli uşaqları öyrətməkdir. Bu gün lisey kifayət qədər yüksək göstəricilərə malikdir və hər il burada təhsil almaq istəyənlərin sayı artmaqdadır. Həmçinin Qazax filialı da fəaliyyətə başlamışdır və pedaqogika fakültəsi gələcəkdə fakültələrin sayını artırmağı planlaşdırır.

Universitetdə xarici tələbələrin də sayı artır. Əsasən, onlar psixologiya fakültəsi ilə maraqlanırlar. Tədris prosesi onlar üçün Azərbaycan tarixinə dair kurslar və Azərbaycan dilinin öyrənilməsi ilə başlayan 5 illik təhsili təmin edir.

Sərgidə stendimizdə müasir avadanlıqlar və müəllimlər, tələbələr, magistr və doktorantların işlədiyi universitet laboratoriyalarından bir sıra cihazlar nümayiş etdirilir. Beləliklə, tədqiqat və inkişaf universitetin ən vacib xüsusiyyəti olduğundan, sərgidə iştirakın əsas məqsədlərindən biri vurğulanır. Məsələn, şoran torpaq problemi çox aktualdır və mütəxəssislərimiz nano-hissəciklərin torpağın məhsuldarlığını necə artıracağını öyrənirlər.



TƏRƏFDAŞLAR