EN
RU
12-Cİ AZƏRBAYCAN BEYNƏLXALQ TƏHSİL SƏRGİSİ
4 - 6 oktyabr 2018 Bakı Ekspo Mərkəzi
eduexpo

Dəvətnaməni əldə edin

Fotoqalereya

Rəsmi kataloq

Stendin rezervasiyası
EDUCATION Azerbaijan - Təhsil xidmətlərinin uğuru ixracı
Media мərkəz » Xəbərlər

Təhsil xidmətlərinin uğuru ixracı
07.10.2017

Xəbərlər

Şaiq Əsgərov, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) inzibati və təşkilati məsələlər üzrə prorektoru

“Təhsil” sərgisində iştirakımızın məqsədi universitet tərəfindən son illərdə həyata keçirilmiş işləri və universitetimizin inkişaf perspektivlərini təqdim etməkdir.

Qeyd edim ki, bu gün ADİU-nin mühüm vəzifəsi dünya səviyyəli universitetə çevrilməkdir və buna görə də, sərgi bu istiqamətdə fəaliyyətimizi, xüsusilə də “Təhsildə innovasiyalar”, “Tədqiqat yönümlü universitet”, “Qlobal təhsil bazarına doğru”, “Universitet-Tələbə mərkəzi” və “Ali təhsildə yüksək standartlar” kimi layihələri əks etdirir. Son illərdə biz əhəmiyyətli uğurlar əldə etmişik. Belə ki, reytinq agentlikləri tərəfindən aparılmış araşdırmalara əsasən, ADİU Şərqi Avropa və Asiyada yerləşən iqtisad universitetləri arasında 4-cü, Cənubi Qafqaz ölkələri arasında isə 1-ci yeri tutur.

Qeyd edim ki, ADİU-də təhsil prosesi və kadr hazırlığı Amerika və Avropanın təhsil sistemlərinə uyğundur. Bakalavr, magistr və doktorantura pillələrində təhsil birbaşa Azərbaycan, rus, ingilis və türk dillərində aparılır və bu da şübhəsiz ki, bir çox xarici tələbəni cəlb edir. Karyera mərkəzləri və texnologiya transferi, innovativ biznes-inkubator, elektron kitabxana və “onlayn” tələbə qəbulu sistemi onların xidmətindədir. Bu gün bizim ali təhsil müəssisəsində dünyanın bir çox ölkəsini təmsil edən 200 nəfər tələbə təhsil alır. Başqa bir diqqətəlayiq hal isə ondan ibarətdir ki, istənilən tələbə iki və ya daha çox ixtisas üzrə məzun ola bilər. Həmçinin tələbələr müxtəlif mübadilə proqramlarında (“Erasmus”, “Erasmus+” və “Mövlana”) iştirak edə bilərlər. Eyni zamanda, ADİU təhsil xidmətlərini Avropaya, xüsusən də Yunanıstana ixrac edən yeganə Azərbaycan universitetdir.



TƏRƏFDAŞLAR