EN
RU
12-Cİ AZƏRBAYCAN BEYNƏLXALQ TƏHSİL SƏRGİSİ
4 - 6 oktyabr 2018 Bakı Ekspo Mərkəzi
eduexpo

Dəvətnaməni əldə edin

Fotoqalereya

Rəsmi kataloq

Stendin rezervasiyası
EDUCATION Azerbaijan - Milli Aviasiya Akademiyasının xidmətləri
Media мərkəz » Xəbərlər

Milli Aviasiya Akademiyasının xidmətləri
07.10.2017

Xəbərlər

Ədalət Səmədov, Milli Aviasiya Akademiyasının Təhsil işləri üzrə prorektoru

– Milli Aviasiya Akademiyası ali təhsil üzrə Qapalı Səhmdar Cəmiyyətidir. Burada 21 ixtisas sahəsində kadr hazırlığı üzrə 6 fakültə, 21 kafedra, eləcə də pilotların təlim mərkəzi (“İATA” institutu) fəaliyyət göstərir. Əsas hazırlıq istiqamətləri arasında uçuş mühəndisləri, dispetçerlər, texniki heyət, daşımalar üzrə menecerlər, təhlükəsizlik üzrə mütəxəssislər, kompüter mühəndisləri, loqistika mütəxəssisləri və s. yer alır. Təhsil əsasən Azərbaycan dilində aparılır, lakin burada həm rus, həm də ingilis bölmələri fəaliyyət göstərir.

Biz tələbə qəbul planını AZAL-ın sifarişinə əsasən həyata keçirir və hər il orta hesabla 30 pilot, 25 dispetçer, 40-60 mütəxəssisdən ibarət mühəndis - texniki personal hazırlayırıq. Pilot və dispetçer ixtisası üzrə abituriyentlərin yaşı 23-dən artıq olmamalıdır. Onlar tibbi və psixoloji komissiyadan keçməli, fiziki normativlərə cavab verməli və yalnız bundan sonra qəbul üçün müsabiqədə iştirak etməlidirlər.

Qızlarımız da aviasiya sahəsinə maraq göstərirlər, belə ki, beş azərbaycanlı qız artıq həvəskar pilot sertifikatı alıb. Burada ali təhsil ilə yanaşı, ixtisasartırma kursları da təşkil edilir. Hər il “Hava Yolları” və “SilkWay” şirkətlərinin xeyli  sayda işçiləri bu kurslarda iştirak edirlər. Mülki aviasiyada xidmət göstərən işçilərinin 85%-nin Akademiyanın məzunları olması bu ali təhsil müəssisəsinin əhəmiyyətli rolunu göstərir. Yerli kadrların yüksək səviyyəli hazırlığı xaricdə təhsilə olan ehtiyacı aradan qaldırır. Akademiya Şərqi Avropa və MDB ölkələri arasında müxtəlif tipli təyyarə növləri üçün müasir təlim mərkəzi ilə seçilir.

Xarici şirkətlərin nümayəndələri Akademiyamızda beynəlxalq aviasiya təşkilatlarının sertifikatlaşdırması ilə şərtlənən təcrübə keçirlər. Biz 25 ildir ki, bir neçə dildə professor-müəllimlərdən ibarət müəlliflərimiz tərəfindən fəal şəkildə yenilənən elektron kitabxana yaratmışıq.



TƏRƏFDAŞLAR