EN
RU
12-Cİ AZƏRBAYCAN BEYNƏLXALQ TƏHSİL SƏRGİSİ
4 - 6 oktyabr 2018 Bakı Ekspo Mərkəzi
eduexpo

Dəvətnaməni əldə edin

Fotoqalereya

Rəsmi kataloq

Stendin rezervasiyası
EDUCATION Azerbaijan - Ən yaxşı təhsil insan kapitalının formalaşmasına təsir edən amildir
Media мərkəz » Xəbərlər

Ən yaxşı təhsil insan kapitalının formalaşmasına təsir edən amildir
08.10.2017

Xəbərlər

Oktyabr ayının 8-də Bakı Ekspo Mərkəzində 11-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisinin son iş günüdür.

“İnsan kapitalı bizim sərvətimizdir” şüarı ilə keçirilən bu tədbir ölkənin təhsil sektorunda mühüm hadisəyə çevrildi. Sərgi ən yaxşı təhsil seçimi üçün unikal imkan yaratmaqla yanaşı, Azərbaycanlı tələbələrin xarici universitetlərlə yaxından tanış etmiş oldu. Bu il "Təhsil" sərgisində dünyanın 24 ölkəsindən 90 fərqli fakültəni təmsil edən 144 təhsil müəssisəsi iştirak edir.

Açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov müasir nəslin peşəkar inkişafının vacibliyini vurğulayaraq xüsusi ilə qeyd etdi ki, nazirlik bu ənənəvi sərginin faydalarını yüksək qiymətləndirir. Təhsil naziri ölkənin dünya ictimaiyyətinə uğurlu inteqrasiyasına yardım edən insan kapitalının formalaşmasının vacibliyini qeyd etdi.

Yerli və xarici sərgi iştirakçılarının sözlərinə görə, hər bir cəmiyyətin gücü və onun uğurlu inkişaf perspektivləri səriştəli və savadlı kadrlara əsaslanır. Beləliklə, dövlətin gələcəyi onun vətəndaşlarının savadına bağlıdır. Hazırkı sərgi bu inkişafı canlı şəkildə vurğulamaqla yanaşı, müasir cəmiyyətin dinamikasını - bilik səviyyəsini yüksəltmək arzusunu açıq şəkildə əks etdirir. Təsadüfi deyil ki, yaşı 16 və yuxarı olan auditoriyanı hədəfə almış “Ali təhsil” və “Dil bacarıqlarının təkmilləşdirilməsi” sektorları ziyarətçilərin diqqətini cəlb etdi. Bir çox ekspozisiyanın əsasını müxtəlif universitet proqramları, eləcə də bakalavr, magistr, IBA və PHD dərəcələri ilə yanaşı, dil kursları təşkil edir. Belçika, Macarıstan, Latviya, Litva, Birləşmiş Ərəb Əmirlikləri, Rumıniya, Slovakiya, Sinqapur, ABŞ, Türkiyə və Ukraynalılar öz stendlərində Azərbaycanlı tələbələr üçün xaricdə təhsil imkanları barədə məlumat verirlər. Biznes və marketinq, kompüter elmləri / kompüter texnologiyaları, tibbi təhsil, təbii ehtiyatların mühafizəsi, təhsil müəssisələri üçün avadanlıqlar və s. bu kimi ixtisas sahələri də sərgidə geniş təmsil olunur.

Təhsil 2017 sərgisi geniş işgüzar proqramı, B2B formatlı görüşləri və gələcək peşə seçimi ilə bağlı seminar ilə yadda qaldı. Bu forum gənclərin işəgötürənlərlə sıx əlaqəsini  təmin edərək təhsilin nüfuzunu daha da artırmış oldu. Daha yaxşı təhsil ocağının axtarışı ilə ictimai zəkanın inkişaf potensialının vəhdəti də diqqətəlayiq hal oldu.  Bu gün bir çox ölkədə bizim oğlan və qızlarımız təhsil alırlar və “Təhsil” sərgisində iştirak edən dünyanın ən iri ali məktəblərinin nümayəndələri Azərbaycanlı gənclərin xaricdə elmin əsaslarını necə öyrəndiklərindən danışdılar. Hazırkı magistr və bakalavrlarımız isə dünya miqyasında yeni həyat qurmaq üçün vətənimizə qayıdırlar.

Sərgidə Azərbaycan Respublikası Təhsil Nazirliyi öz geniş layihələrini təqdim edir və bu layihələr arasında “Sabah”, “Maarifçi”, “Azərbaycan üçün öyrət” “Sağlam təhsil - sağlam millət”,  “Məktəbə hazırlıq”, “İçərişəhər ənənəvi incəsən mərkəzi”, “Uşaq və gənclərin inkişafı mərkəzi” və s. qeyd etmək olar. 

Yaşlı və gənc nəslin peşəkar ünsiyyəti baxımından sərginin müxtəlifliyini qeyd etmək lazımdır. Burada abituriyent və məktəblilər maksimum məlumatları təmin edən zəngin stendlər gözləyirdi. Pavilyonlarda isə rahat atmosfer hökm sürürdü və bir çox viktorina və anket sorğularında, beş dəqiqəlik musiqi fasilələrində, rəqs və idman “fleşmob”larında iştirak etmək, eləcə də Azərbaycanın ən böyük universitetlərinin rəhbərləri ilə görüşmək olduqca əyləncəli və maraqlı idi. 

Bakı Ekspo Mərkəzində Təhsil sərgisi ilə paralel 11-ci Azərbaycan Beynəlxalq “Karyera” sərgisi də keçirildi. Ənənəvi olaraq, hər iki tədbir bir-birini uğurla tamamlayaraq sərgi iştirakçıları tərəfindən göstərilən xidmətlərin əhatə dairəsini xeyli genişləndirməklə yanaşı, ziyarətçilərin və sənaye mütəxəssislərinin diqqətini cəlb etdi. Burada gənc mütəxəssislərin bir çoxu məşğulluq imkanları ilə yaxşından tanış oldular.  Vakant iş yerləri üzrə təkliflər də az deyildi və qeyd etmək lazımdır ki, bu gün karyera perspektivləri yaxşı bilik, zəhmətsevərlik və təcrübədən asılıdır. 

Hər iki sərginin aktuallığı və populyarlığına dəlalət edən tutarlı amil minlərlə ziyarətçinin canlı marağı oldu və onların əksəriyyəti dünyanın ən seçmə universitetlərində yaxşı təhsil almaq istəyən gənclər idi. 

Sərgi Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə “Caspian Event Organisers” (CEO) şirkəti tərəfindən keçirilir.



TƏRƏFDAŞLAR