"Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 dəqiqəlik məsafədə yerləşir.
Sərgi ziyarətçiləri şəhər nəqliyyatından faydalana bilərlər:
"Koroğlu" metro stansiyasından - N 136, 160, 171
Ziyarət qaydaları
Diqqətinizə çatdırırıq ki, iştirakçı şirkətlərin tərkibi ilə əlaqədar olaraq, "EduExpo" ("Təhsil") sərgisinə giriş yalnız aşağıda sadalanan şəxslər üçün açıqdır:
9-11-ci sinif şagirdləri
Abituriyentlər
Tələbələr
Valideynlər
Bu sənaye sahəsinin peşəkarları
Diqqət: Məktəbəqədər yaş dövründə olan uşaqlar, o cümlədən 1-8-ci sinif şagirdləri sərgiyə valideynlərsiz buraxılmayacaqlar.
Siz tədbiri dəvətnamə və ya tədbirin internet səhifəsində qeydiyyatdan keçməklə əldə edəcəyiniz elektron biletlə ziyarət edə bilərsiniz. Vebsaytda qeydiyyatdan keçməklə, Siz tədbirə dair bütün materialları "FAST TRACK" masasından alacaqsınız və bununla da tədbirdə qeydiyyat üçün sərf edəcəyiniz vaxta qənaət etmiş olacaqsınız.
Ziyarətçinin döş nişanı bu imkanları verir:
Tədbirin bütün iş günlərində pulsuz ziyarət;
Qeydiyyatdan keçmək üçün növbəyə durmadan tədbirə daxil olmaq;
Tədbir ilə bağlı məlumatlar paketini əldə etmək;
Tədbirin işgüzar proqramında iştirak etmək (seminarlar, konfranslar, təqdimat mərasimlərində iştirak etmək üçün ayrıca dəvətnaməyə ehtiyac yoxdur).