EN
RU
Şəxsi kabinet
14-CÜ AZƏRBAYCAN BEYNƏLXALQ
TƏHSİL SƏRGİSİ

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
BAŞ SPONSOR

DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Fotoqalereya

Rəsmi kataloq
Sərgi » Sərgi haqqında

10-12 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi keçiriləcək. Sərgi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dəstəklənir. Həmçinin sərgiyə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi dəstək göstərir. Sərginin baş sponsoru Kapital Bankdır.

“EduExpo” sərgisi Azərbaycanda təhsil xidmətlərinin təşviqi üçün ən səmərəli vasitələrdən biridir. Bu sərgi həm yerli, həm də xarici ali təhsil müəssisələrinə əsas hədəf auditoriyası – şagirdlər və onların valideynləri ilə görüşlərin keçirilməsi, eləcə də işgüzar əlaqələrin qurulması və möhkəmləndirilməsi üçün imkan yaradan unikal platformadır.

“EduExpo” sərgisi:

  1. Ölkədə və regionda təhsil sahəsinə həsr olunan və aparıcı yerli və xarici ali təhsil müəssisələrini, təhsil mərkəzlərini, dil kurslarını, eləcə də xaricdə təhsil üzrə konsaltinq şirkətlərini bir araya gətirən irimiqyaslı beynəlxalq sərgidir. Xarici iştirakçıların sırasında Almaniya, Avstriya, Belarus Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Çexiya, İsveç, Özbəkistan, Polşa, Qazaxıstan, Latviya, Litva, Macarıstan, Niderland Krallığı, Rumıniya, Rusiya Federasiyası, Sinqapur, Türkiyə, Ukrayna nümayəndələri yer alır. Azərbaycan İlahiyyat İnstitutu, Daşkənddə yerləşən Sinqapur Menecmentin İnkişafı İnstitutu, Lublin Mariya Kyuri-Sklodovski adına Universiteti, Lodz Şəhərinin Humanitar-Iqtisad Universiteti, Moskva Fasiləsiz Təhsil İnstitutu (İNO), Novosibirsk bölgəsinin universitetləri, Dövlət İmtahan Mərkəzi, “Rəqəmsal bacarıqlar” layihəsi və LexSolar şirkəti sərgidə debüt edəcək.
  2. Azərbaycanın aparıcı ali təhsil müəssisələri: ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və s.
  3. Azərbaycan Respublikası Təhsil Nazirliyinin innovativ stendində birbaşa sərgidə ən son təhsil metodikası barədə, eləcə də uşaqların inkişafı mərkəzinin mütəxəssislərindən uşaqların təhsili haqqında məlumat əldə etmək imkanıdır. Həmçinin stenddə Koreya təhsil standartları əsasında fəaliyyət göstərən peşə təhsili mərkəzi, habelə İT zonası təqdim ediləcək.
  4. Sərgidə Avropa Birliyinin stendində müxtəlif Avropa ölkələrinin təhsil müəssisələri, dil kursları, tələbə mübadiləsi proqramları təqdim olunacaq.
  5. Məktəbəqədər təhsil, orta təhsil, ilk peşə və orta ixtisas təhsil, ali təhsil, magistratura, MBA, aspirantura, doktorantura, xaricdə təhsil və tələbə mübadiləsi üzrə proqramlar, dil kursları, kurslar, yay məktəbləri, treyninqlər, dərsliklər və dərs vasitələri və s. kimi sahələrdir. Tam siyahı ilə linkdən keçərək tanış olmaq mümkündür: https://eduexpo.az/az-exhibitorslist-2019.html
  6. Sərginin keçirildiyi üç gün ərzində 12 000 nəfərdən ibarət hədəf auditoriya ilə görüşlər keçirmək və öz fəaliyyət istiqamətinizi əyani şəkildə təqdim etmək imkanıdır.
  7. Təhsil sahəsində ən son nailiyyətlər, innovasiyalar, perspektivli startaplar və təhsil prosesində İT texnologiyalarının tətbiq mexanizmlərini nümayiş etdirmək üçün interaktiv platformadır.
  8. “B2B” formatlı görüşlər, universitet təqdimatları, müsabiqələr, ustad dərsləri, Fibonaççi oyunları və bir sıra digər tədbirləri ehtiva edən dolğun işgüzar və əyləncə proqramlarıdır.

TƏRƏFDAŞLAR