EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - “Gələcəyini qur!” gənclərə dəstək layihəsi üçüncü yeri tutdu
Media мərkəz » Xəbərlər

“Gələcəyini qur!” gənclərə dəstək layihəsi üçüncü yeri tutdu
12.02.2015

Xəbərlər

“Gələcəyini qur!” gənclərə dəstək layihəsi Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) təşkil etdiyi “CSR Excellence Award” tədbirində “Təhsil sahəsində ən yaxşı layihə” kateqoriyası üzrə üçüncü yerə layiq görülüb. Keçirilən tədbir çərçivəsində ümumilikdə 9 kateqoriya üzrə 60-dan çox layihə birincilik uğrunda mübarizə aparırdı. “Təhsil” kateqoriyasında isə ölkənin qabaqcıl şirkətləri tərəfindən sosial-korporativ məsuliyyət çərçivəsində həyata keçirilən 17 layihə iştirak edirdi.

“Gələcəyini qur!” gənclərə dəstək layihəsi ölkənin ən yaxşı ali təhsil müəssisələrində aztəminatlı ailələrdən olan bilikli və bacarıqlı şagirdlərin təhsil almalarına şəraitin yaradılması prosesini dəstəkləmək və bu prosesə töhfə vermək üçün nəzərdə tutulmuşdur.

Sözügedən layihə sosial-korporativ məsuliyyət və davamlı inkişaf siyasəti çərçivəsində müxtəlif şirkətlərin, eləcə də biznes tərəfdaşlarının iştirakı ilə həyata keçirilir. “Gələcəyini qur!” layihəsinə 2014-cü ilin aprel ayında start verilib və iki rayondan - Qaradağ və Binəqədi rayonlarından olan istedadlı gənclər seçilib. Seçim müsabiqəsində altmış məktəbi təmsil edən təxminən 500 onuncu sinif şagirdi iştirak edirdi və nəticədə, öz biliklərini təkmilləşdirmək arzusunda olduğunu sübut etməyə müvəffəq olan 43 şagird seçildi.

Bu layihədə iştirak etmək hüququnu qazanan orta məktəb şagirdləri gələcəkdə ölkənin ali təhsil müəssisələrinə ödənişsiz təhsil proqramı çərçivəsində qəbul olunmaq üçün öz bilik və bacarıqlarını yüksəltmək məqsədi ilə il ərzində xüsusi hazırlıq kurslarında ödənişsiz təhsil alacaqlar. Bununla yanaşı, layihə həyata keçirildiyi müddət ərzində gənclərin hərtərəfli fərdi inkişafı və öz karyeralarını uğurla planlaşdırmaları üçün onlara müxtəlif mövzularda treninq və seminarlar, ölkəmizin aparıcı universitetlərində təqdimatlar, beynəlxalq sərgilərə səfərlər, gənc nəslin uğurlu nümayəndələri ilə görüşlər və digər tədbirlər təşkil olunur. Beləliklə, oktyabr ayının 11-də 8-ci Azərbaycan Beynəlxalq “Təhsil” (“Education 2014”) sərgisinin işgüzar proqramı çərçivəsində korporativ sektor üçün “Gələcəyini qur!” gənclərə dəstək layihəsinin təqdimatı keçirildi. “Təhsil” sərgisində layihənin iştirakçıları neft, bank və İT sahələri üzrə aparıcı şirkətlərin nümayəndələri ilə görüşərək bu sənaye sahələrində karyera yüksəlişi ilə əlaqədar müxtəlif imkan və məsələlərlə tanış oldular. Layihənin gənc iştirakçılarının növbəti görüşü dekabr ayının 22-də ADA universitetində baş tutdu. Görüş əsnasında bu ali təhsil müəssisəsinin nümayəndələri ADA universitetində təhsil almaq üçün mövcud olan imkanlar barədə danışdılar. Görüşə dəvət edilmiş bir sıra nümayəndələr isə bütün fəaliyyətlərin planlaşdırılması, vaxtın idarə olunması (“taym menecment”), habelə gələcəkdə uğurlu təhsil və karyera üçün lazım olan digər faydalı bacarıqlar xüsusunda çıxış etdilər.

Layihənin sponsorları “Iteca Caspian” və “R.I.S.K.” şirkətləridir. “Gələcəyini qur!” layihəsinin tərəfdaşları qismində isə abituriyentləri ali təhsil müəssisələrinə fəal şəkildə hazırlaşdıran “KAİNAT” təhsil mərkəzi və Azərbaycan Diplomatiya Akademiyasıdır (ADA). Layihə “Legacy CSR Consulting & Management Company” şirkəti tərəfindən həyata keçirilir. “Gələcəyini qur!” layihəsi barədə daha ətraflı məlumat üçün www.geleceyiniqur.az veb-saytına müraciət edə bilərsiniz.

 

 



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR