EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

7 - 9 oktyabr 2021 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Fotoqalereya

Videoqalereya

Hesabat
EduExpo - Macarıstanın ali məktəblərində Azərbaycan vətəndaşlarının pulsuz təhsil alması üçün 200 yer ayrılıb
Media мərkəz » Xəbərlər

Macarıstanın ali məktəblərində Azərbaycan vətəndaşlarının pulsuz təhsil alması üçün 200 yer ayrılıb
01.05.2015

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında imzalanmış İş Proqramına uyğun olaraq, 2015-2016-cı tədris ilində Macarıstan ali təhsil müəssisələrində Azərbaycan vətəndaşlarının təhsil alması üçün 200 yer ayrılıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, proqrama əsasən, tam bakalavriat və magistratura üzrə kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, tibb elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri, doktorantura təhsili üzrə istənilən maraq dairəsi çərçivəsində təqaüdlər təklif edilir.

Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Universitet yataqxanasında yaşayış, tibbi sığorta, aylıq təqaüd Macarıstan tərəfindən qarşılanır. Macarıstan ali təhsil müəssisələrində kvota çərçivəsində təhsil alacaq tələbələrin seçimi Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

 



TƏRƏFDAŞLAR