EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Multikulturalizm Mərkəzi Litva Pedaqoji Universitetində monitorinqə başlayıb
Media мərkəz » Xəbərlər

Multikulturalizm Mərkəzi Litva Pedaqoji Universitetində monitorinqə başlayıb
01.05.2015

Bakı. Cavid Zeynallı – APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Litva Pedaqoji Universitetində “Azərbaycan multikulturalizmi” fənninin monitorinqini aparıb.

Mərkəzdən APA-ya verilən məlumata görə, Litva Pedaqoji Universitetində monitorinqin aparılması üçün BBMM tərəfindən Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədov ezam olunub. Monitorinq zamanı “Azərbaycan Multikulturalizmi” fənnini Litva Pedaqoji Universitetində tədris edən professor Rəfail Həsənovun “Etnik müxtəliflik və Azərbaycan multikulturalizmi” mövzusunda mühazirəsi dinlənildikdən sonra professor İlham Məmmədov tələblərlə görüşüb, onlar arasında sorğu keçirilib.

Sonda tələbələrin suallarını cavablandırıb və onlara BBMM tərəfindən hazırlanmış hədiyyə paketlərini təqdim edib.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR