EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Bakı Ali Neft Məktəbində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş elmi-texniki konfrans keçirilib
Media мərkəz » Xəbərlər

Bakı Ali Neft Məktəbində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş elmi-texniki konfrans keçirilib
01.05.2015

Bakı-APA. Aprelin 23-də Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Tələbələrin 3-cü elmi-texniki konfransı keçirilib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konfransın plenar iclasında BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Ali Neft Məktəbinin rektoru Elmar Qasımov konfransın Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmasının bu dahi insanın şəxsiyyətinə böyük hörmət və ehtiramın ifadəsi olduğunu deyib. Rektor bildirib ki, müasir Azərbaycanın banisi Heydər Əliyevin ölkəmizin dünyanın siyasi və iqtisadi məkanında layiqli yer tutması istiqamətində hərtərəfli fəaliyyəti Azərbaycanın müasir tarixinə həkk olunub. O, müasir Azərbaycanın uğurlarının ulu öndər Heydər Əliyevin irəli sürdüyü və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən neft strategiyası ilə bilavasitə bağlı olduğunu vurğulayaraq, bu strategiyanın ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən elm və təhsilin inkişafına güclü təkan verdiyini bildirib. Ali Məktəbdə tədrisin elmi fəaliyyətlə vəhdət təşkil etdiyini vurğulayan rektor tələbələrin konfranslarının keçirilməsinin onlara elmi araşdırmalar aparmaq, nəticələri təqdim etmək bacarıqlarını aşılamaq və onların arasında informasiya mübadiləsini təşkil etmək üçün əlverişli vasitə olduğunu qeyd edib.

Konfransda iştirak edən SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov tələbələri konfransın açılışı münasibətilə təbrik edib və konfransın işində uğurlar arzulayıb.

Konfransın Təşkilat Komitəsinin sədrinin müavini, BANM-in Ali təhsildən sonrakı təhsil şöbəsinin (doktorantura) rəisi, professor Rəna Mustafayeva plenar və bölmə iclaslarının təşkili, tələbələrin məruzələrinin hər bölmədə fəaliyyət göstərəcək münsiflər tərəfindən qiymətləndirilməsi qaydaları haqqında məlumat verərək, SOCAR, ölkədə fəaliyyət göstərən və Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edən 8 transmilli şirkət  tərəfindən konfransda maraqlı məruzələri ilə fərqlənən tələbələr üçün hədiyyələr təsis edildiyini elan edib.

Sonra konfransın plenar iclasında tələbələrin 7 seçilmiş məruzəsi dinlənilib.

Konfrans işini bölmələrdə davam etdirib. “Neft-qaz və Kimya Mühəndisliyi” bölməsinin iclasında 25, “Fizika və riyaziyyat” bölməsinin iclasında 18 və “İnformasiya və Kommunikasiya Texnologiyaları” bölməsinin iclasında 7 məruzə dinlənilib və münsiflər tərəfindən qiymətləndirilib.

Təşkilat Komitəsi tərəfindən formalaşan münsiflər heyətinin üzvləri  məruzələrin qiymətləndirilməsinin nəticələrinə əsasən ən maraqlı məruzələri təqdim etmiş iştirakçıları müəyyən edib.

Konfransın yekun iclasında fərqlənmiş tələbələrə BANM-in diplomları, SOCAR, BP, “Statoil”, “Total”, “Halliburton”,  “Schlumberger”, “Emerson”, “ABB” və “Avandsis group” şirkətlərinin hədiyyələri təqdim olunub.

 



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR