EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Birinci müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə əlavə təqaüd veriləcək
Media мərkəz » Xəbərlər

Birinci müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə əlavə təqaüd veriləcək
09.09.2015

Təhsil Nazirliyi müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma layihəsini yeni tədris ilində davam etdirir. Nazirlikdən APA-ya verilən məlumata görə, layihəyə uyğun olaraq, bu il də ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcək. Bununla proqram çərçivəsində “Gələcəyin müəllimi” təqaüdü alan tələbələrin sayı 600 nəfərə çatacaq.

Qeyd edək ki, layihə Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin hazırlanmasına, eləcə də müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edən islahatyönümlü tədbirlər çərçivəsində həyata keçirilir.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR