EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Təhsil Nazirliyi ixtisasartırma kursları təşkil edib
Media мərkəz » Xəbərlər

Təhsil Nazirliyi ixtisasartırma kursları təşkil edib
09.09.2015

Təhsil Nazirliyi “Təməl” təqaüd proqramı çərçivəsində ibtidai təhsil səviyyəsində çalışan müəllimlərinin peşəkar inkişafını təmin etmək məqsədilə ehtiyaclara uyğun ixtisasartırma kursları təşkil edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, ixtisasartırma kursları YUNİSEF-in maliyyə dəstəyi ilə “İnkişaf” Elmi-Praktik Mərkəzi tərəfindən həyata keçirilib.

İxtisasartırma kursunun məzmununu müəyyən etmək üçün aparılmış monitorinqin nəticələri təhlil edildikdən sonra seçilmiş müəllimlər üçün 132 saatlıq kurs müəyyən olunub. İlk növbədə, ixtisasartırma kursuna hədəf qrupu kimi cari ildə IV siniflərdə dərs deyən 114 nəfər müəllim cəlb olunub. Əsasən paytaxtın ətraf yaşayış məntəqələrində yerləşən məktəblərdə çalışan müəllimlərin iştirak etdiyi kurslar 5 təlim mərkəzində keçirilib.

Almaniyadan dəvət edilmiş praktik psixoloq Qalina Heynzelman müdavimlərlə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.

İxtisasartırma kursunun yekununda müdavimlərin qiymətləndirilməsi aparılıb. Ümumilikdə, 114 nəfər müdavimdən 113-ü qiymətləndirmədə iştirak edib, onlardan 65 nəfəri (57 faiz) yaxşı nəticə göstərib.

Müdavimlərin sertifikatlaşdırılması 2 səviyyə üzrə aparılıb.

Yaxın günlərdə “Təməl” təqaüd proqramının bağlanış mərasimi keçiriləcək.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR