EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Səhiyyə və Təhsil Nazirliyinin əməkdaşlığı ilə “Sağlam məktəb” layihəsi həyata keçirilir
Media мərkəz » Xəbərlər

Səhiyyə və Təhsil Nazirliyinin əməkdaşlığı ilə “Sağlam məktəb” layihəsi həyata keçirilir
14.09.2015

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə “Sağlam məktəb” layihəsi həyata keçirilir.

Nazirlikdən APA-ya verilən məlumata görə, layihənin ilkin mərhələsində 2014-cü ilin noyabr-dekabr aylarında İSİM tərəfindən uşaqların icbari dispanserizasiyası ilə bağlı Bakıda 6-10-cu sinif şagirdləri, valideynlər və pediatrlar arasında sorğu keçirilib və sorğu nəticələrinin təhlili aparılıb.

Hazırda isə layihə çәrçivәsində ölkə üzrə seçilmiş 34 pilot məktəbdə sağlam həyat tərzinin tәdrisi vә tәbliği, həyat boyu faydalı olacaq vərdişlərin aşılanmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı, şagirdlər arasında həyat tərzi ilə bağlı xəstəliklərin profilaktikasına dair Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hazırladığı, habelə Avropa və MDB ölkələrində geniş tətbiq edilən innovativ texnologiyaların və təlim-tədris metodikalarının yiyələndirilməsinə xüsusi yer ayrılıb.

Nazirlikdən bildiriblər ki, ilkin olaraq hədəf kimi 2, 5 və 7-ci sinif şagirdləri seçiliblər. Onların arasında sağlam həyat tərzi aparmaqda vacib sayılan risk faktorları araşdırılaraq aradan götürülməsi üçün tədbirlər görüləcək.

Sağlam qidalanmaya dair vəziyyətin qiymətləndirilməsi məqsədilə “Mənim 5 günlük Qidalanma Rejimim” adı altında ev tapşırığının metodologiyası tərtib olunub. Uşaqların sağlam qidalanması üçün yaşlara əsasən qidalanma/pəhriz təlimatı, o cümlədən evdə və məktəbdaxili naharın tərkibinə dair tövsiyələr hazırlanır.

Bundan başqa 2 nömrəli Bakı Baza Tibb Kollecində məktəbdə işləyən və ya gələcəkdə işləyəcək tibb bacılarının hazırlanması, yenidən hazırlanması və təkmilləşdirilməsinə dair müasir standartlar və tələblərə uyğun dərs planı və metodik vəsaitin İSİM tərəfindən hazırlanması/təkmilləşdirilməsi nəzərdə tutulub.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR