EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Azərbaycan Texnologiya Universiteti və “Caspian Event Organisers” arasında əməkdaşlıq memorandumu imzalanıb
Media мərkəz » Xəbərlər

Azərbaycan Texnologiya Universiteti və “Caspian Event Organisers” arasında əməkdaşlıq memorandumu imzalanıb
09.10.2015

Xəbərlər

Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının uğurla həyata keçirilməsi istiqamətində Təhsil Nazirliyi tərəfindən indiyədək bir sıra ardıcıl tədbirlər həyata keçirilib. Bu məqsədlə nazirlik tərəfindən müxtəlif layihələr həyata keçirilir ki, onlardan biri də Müştəriyə Yönəlmə Proqramıdır. Pilot layihə kimi icrasına Azərbaycan Texnologiya Universitetində başlanan proqramın əsas hədəfi ali təhsil müəssisələrini müştəriyə yönümlü tərzdə fəaliyyətə sövq etmək, bununla da bütün strateji sahələrin inişafına təkan verən proqressiv mənəvi və fiziki sağlam kadrlar yetişdirməkdir. Layihənin əsas komponentlərindən biri orta təhsil müəssisələri, həmçinin şirkət və ya sənaye müəssisələri ilə əməkdaşlıqdan ibarətdir. Proqramın məqsədə nə ölçüdə çatması isə onun dörd əsas məhsuluna – məzunlar, icadlar, tədqiqat işləri və xidmətlərə əsasən müəyyən olunur. MYP-nin həyata keçirilməsində əsas məqsəd elm, təhsil və sənaye sahələri arasında əlaqənin təmin edilməsi, Azərbaycan Texnologiya Universitetinə daxil olan tələbələrin fərdi potensialının aşkarlanması, onların təhsil prosesində qazandıqları ixtisas bilikləri və peşə vərdişlərinin artırılması, məzunların  universiteti bitirdikdən sonra həyati fəaliyyətə hazır, peşəkar kadrlar kimi ölkəmizin iri sənaye və istehsal tutumlu müəssisələrində yüksək maaşlı işlə təmin edilməsini təşkil etməkdən ibarətdir. MYP tələbələrin dünyanın ən qabaqcıl universitetlərində yüksək məbləğli, sifarişli təqaüd proqramları ilə təhsillərini davam etdirməsinə imkan verən layihədir.

Oktyabrın 9-da Bakı şəhərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilati dəstəyi ilə Azərbaycan Texnologiya Universiteti və “Caspian Event Organisers” arasında əməkdaşlıq memorandumu imzalanıb. Təhsil nazirinin müavini Ceyhun Bayramovun iştirakı ilə imzalanan memorandumun əsas məqsədi MYP-nin həyata keçirilməsi ilə əlaqədar əlavə imkanlar yaratmaq və proqramın effektiv icrasına dəstək olmaqdır. Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov və “Caspian Event Organisers”-in direktoru Bəhruz Hidayətzadə tərəfindən imzalanan memoranduma əsasən bundan sonra “CEO” ATU tərəfindən həyata keçirilən Müştəriyə Yönəlmə Proqramının tədbirlərinin Təhsil və Karyera sərgiləri  çərçivəsində keçirilməsi üçün müvafiq şərait yaradacaq və texniki dəstək göstərəcək.

ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsi



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR