EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Latviyada Təhsil üzrə perspektivlər
Media мərkəz » Xəbərlər

Latviyada Təhsil üzrə perspektivlər
09.10.2015

Xəbərlər

Patrik Morev, Liepav Universitetinin xarici departamentinin rəhbəri

– Bu gün Azərbaycan beynəlxalq “Təhsil” sərgisində Latviyanın birgə milli stendinin tərkibində Liepav Universiteti, Rij Texniki Universiteti və Tiruba ali təhsil müəssisəsi təqdim olunur. Biz Latviya təhsilini tanıtmaq məqsədilə artıq bir neçə dəfə Bakını ziyarət etmişik və bu sərgi xarici abituriyentlərə Latviyadakı təhsil imkanları barədə məlumat vermək üçün yaxşı imkan yaratmışdır. Bizim stenddə Latviyanın digər ali təhsil müəssisələri haqqında da məlumat əldə etmək mümkündür. Qeyd etmək istəyirəm ki, təhsilimizə böyük tələbat var, ölkəmiz Avropada, geosiyasi baxımdan cəlbedici regionda yerləşir, Latviyada həyata səviyyəsi yüksək olsa da, təhsil haqları aşağıdır.

Biz tibdən tutmuş kompyuter texnologiyalarına kimi təhsil proqramlarının geniş spektrini təklif edirik. Burada istənilən ixtisas üzrə, necə deyərlər hər zövqə uyğun təhsil proqramı tapmaq mümkündür. Artıq Latviya universitetlərində Azərbaycanlı tələbələr təhsil alır, onların əksəriyyəti böyük Rij Texniki Universitetində toplanmışdır. İlk bakalavr və  magistrlər ərsəyə gəlib. Təhsil ingilis dilində aparılır.

Sərginin iş prosesində gələcək abituriyentlərin potensialını yaratmağa ümid edirik. Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri ilə də görüşmək niyyətindəyik. Əməkdaşlıq barədə razılıq əldə etmək mümkündür, belə ki, hazırda müxtəlif ölkələr arasında müəllim mübadiləsini maliyyələşdirən bir sıra Avropa proqramları mövcuddur.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR