EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Bizim təhsil müəssisəsində Rusiyanin aparici mütəxəssisləri dərs keçirlər
Media мərkəz » Xəbərlər

Bizim təhsil müəssisəsində Rusiyanin aparici mütəxəssisləri dərs keçirlər
09.10.2015

Xəbərlər

Dmitriy Morozov, İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filiallarla iş üzrə departamentinin rəhbəri

– Biz builki sərgidə Azərbaycanın paytaxt şəhərində filialının açılışı olmuş Rusiyanın tibb sahəsi üzrə aparıcı ali təhsil müəssisəsini təqdim edirik.

Filialın açılışı Rusiya Federasiyası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin vasitəçiliyi, eləcə də Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın şəxsi rəhbərliyi ilə reallaşmışdır.

Biz bu il “Müalicə işi” ixtisası üzrə hamısı Azərbaycan vətəndaşı olan 100 tələbə topladıq. Təhsil əsasən Moskvadakı ali təhsil müəssisəsindən gəlmiş professor-müəllim kollektivi tərəfindən Rusiyanın təhsil standartlarına uyğun olaraq həyata keçirilir. Kliniki fənlər də bu ölkənin aparıcı mütəxəssisləri tərəfindən tədris olunacaq.

Gələcəkdə qəbulu və ixtisasların sayını artırmaq niyyətindəyik. Kimya və rus dilinin öyrədilməsi məqsədi ilə tələbələr üçün hazırlıq kurslarının təşkili məsələsini də nəzərdən keçirəcəyik.

Bu sərgidə iştirak etməkdə məqsədimiz çox aydındır, belə ki, biz Azərbaycana yenicə gəlmişik, odur ki, öz həmkarlarımızla görüşmək, onlarla təcrübə mübadiləsi aparmaq, eləcə də gələcək abituriyentlər olan yerli gənclərlə tanış olmaq istərdik. Biz yaxşı ixtisas almaq və dünya bilik arenasına çıxmağa imkan verən yeni təhsil formasını ictimaiyyətə çatdırmalıyıq.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR