EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Azərbaycanin ən təcrübəli ali təhsil müəssisəsinin ənənələri
Media мərkəz » Xəbərlər

Azərbaycanin ən təcrübəli ali təhsil müəssisəsinin ənənələri
09.10.2015

Xəbərlər

Qasım Məmmədov, Neft və Sənaye Universitetinin (Azərbaycan) prorektoru

Azərbaycanın ən çox tanınan ali təhsil müəssisələrindən biri olan universitetimiz 1920-ci ildə təsis edilib və biz bu il universitetin 95 illik yubileyini qeyd edirik. Bu illər ərzində universitetin adı bir neçə dəfə dəyişmişdir. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin sərəncamı ilə bizim ali təhsil müəssisəsi Neft və Sənaye Universiteti adını aldı və bu da şübhəsiz ki, bir çox ixtisas üzrə mütəxəssislər hazırlayan universitetin bir təhsil müəssisəsi kimi nüfuzunu yüksəltdi.

Universitet təsis edildiyi vaxtdan bəri 80 min mütəxəssis, 160 elmlər doktoru, 3 min elmlər namizədi hazırlamışdır.

Biz sərgidə ziyarətçilərə universitetin tarixi, bakalavr və magistr dərəcələri üzrə əsas təhsil proqramları, ikiixtisaslı diplom imkanları və s. barədə məlumat veririk.

Bizim qarşımızda ölkə iqtisadiyyatının tələbatını ödəmək üçün mütəxəssislərin hazırlanması istiqamətində böyük tapşırıq dayanıb. Biz “TEMPUS” və “ERASMUS” proqramları üzrə dünyanın 60 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir və Azərbaycan, rus və ingilis dillərində olmaqla, 3 dildə təhsil veririk. Universitetimizdə əsasən Çin, Türkmənistan və Türkiyədən olan xarici vətəndaşlar da təhsil alır.

Sərginin ilk iş günündə bizim təhsil müəssisəsinə böyük maraq müşahidə olunur. İkinci təhsil və ixtisasdəyişmə barədə xeyli sayda suallar verilir. Universitetimizin müəllimləri tərəfindən hazırlanan tədris vəsaitləri də böyük maraq doğurur.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR