EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Türkdilli ölkələrin vətəndaşları üçün ödənişsiz təhsil
Media мərkəz » Xəbərlər

Türkdilli ölkələrin vətəndaşları üçün ödənişsiz təhsil
09.10.2015

Xəbərlər

İbrahim Bülbül, Ahmet Yesevi Universitetinin “TÜRTEP” sistemi üzrə prezidenti

– Beynəlxalq türk-qazax Ahmet Yesevi Universiteti 1992-ci ildə təsis edilmiş və burada təhsil türk və qazax dillərində aparılır. Biz kompyuter proqramlaşdırması və kompyuter mühəndisliyi, sənaye tikintisi, idarəetmə üzrə informasiya sistemləri, pedaqogika, linqvistika, biznes, politologiya və dövlət idarəetməsi, turizm menecmenti, təşkilatlar və idarəetmə, eləcə də digər ixtisaslar üzrə mütəxəssislər hazırlayırıq. Bundan başqa, biz bir sıra istiqamətlər üzrə distant təhsil proqramlarını da təşkil edirik.

Biz bu “Təhsil” sərgisində Azərbaycandakı gənc nəsli universitetimizin təhsil imkanları ilə tanış etmək üçün həvəslə iştirak edirik. Onu da qeyd edim ki, universitetimizdə türkdilli ölkələrin vətəndaşları üçün bakalavr proqramı üzrə təhsil ödənişsizdir. Sərginin ilk iş günündə öz təhsilini əsasən magistratura pilləsində davam etdirmək istəyənlər bizim universitetimizə böyük maraq göstərirlər.

 



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR