EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Baltik Aviasiya Akademiyası dəvət edir
Media мərkəz » Xəbərlər

Baltik Aviasiya Akademiyası dəvət edir
09.10.2015

Xəbərlər

İnqrida Reket, BA Training” ilkin təhsil üzrə satış meneceri

– Biz sərgidə Litvanın Baltik Aviasiya Akademiyasını təqdim edirik. Akademiyamız pilot olmaq istəyən və ya bu ixtisas sahib olandan sonra öz ixtisasını dəyişmək arzusunda olan hər kəsə təhsil xidmətləri təklif edirik. Müvafiq proqram üzrə təhsil 2 ildən 3 ilə qədər davam edir. Bununla yanaşı, biz Litvanın müxtəlif ali təhsil müəssisələri ilə müştərək təhsil proqramını tətbiq edirik. Biz həmçinin kommersiya təyinatlı pilot lisenziyası ilə yanaşı, ali aviasiya təhsili də veririk. Bu da sizə bir sıra ölkələrin aviasiya şirkətlərində işləmək, xaricə problemsiz və təkrar hazırlığa ehtiyac olmadan uçmaq imkanı verəcək.

Bu sərgidə iştirak etməkdə məqsədimiz daha çox Azərbaycanlı tələbəni universitetimizdə təhsil almağa dəvət etməklə bağlıdır. Biz ölkənizin bütün enerjili gənclərindən razıyıq. Təhsil ingilis dilində keçilsə də, ölkəmizdə rusdilli insanlar az deyil, odur ki, bir-birimizi anlamaq çətin olmayacaq.

Bu, bizim Azərbaycan təhsil sərgisində ilk iştirakımızdır. Mən aviasiya ixtisası üzrə həmkarlarımla görüşmək istərdim və əminəm ki, müzakirə ediləcək ortaq məsələlər var, üstəlik, təhsil sahəsində müsbət qarşılanmalı olan bir sıra ortaq uğurlar da mövcuddur.

 



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR