EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Aviasiya və kosmonavtika mütəxəssisləri
Media мərkəz » Xəbərlər

Aviasiya və kosmonavtika mütəxəssisləri
10.10.2015

Xəbərlər

Yevgeniy Çursin, Samara Dövlət Aerokosmik Universitetinin elm və təhsil proqramlarının rəhbəri:

– Biz aviasiya və kosmonavtika sahələrində konstruktorların hazırlanması ilə məşğul olan universitetimizi Bakıda ilk dəfə təqdim edirik. Xalq təsərrüfatının bu sahələri məişətin demək olar ki, bütün sektorları ilə sıx əlaqəlidir. Ali təhsil müəssisəsinin ilk baxışdan dar profilinə baxmayaraq, bizim mütəxəssislərə aerokosmik sahələrdə ehtiyac duyulmaqla yanaşı, onlar həm də metallurgiya, avtomobil sənayesi və digər sahələrdə də faydalı ola bilərlər.

Bu gün istedadlı gənclərin sənaye sahələrinə cəlb edilməsi çox aktualdır və biz bu mənada hazırkı tədbirə ümid edirik, odur ki, sərgi ərəfəsində xaricilər üçün (yerli xüsusiyyətləri nəzərə almaqla) xüsusi proqram hazırlamışıq. Burada Azərbaycan peykinin yaranma tarixi və bir sıra digər məsələlərdən bəhs olunur. Biz bu layihəni veb-saytında informasiyaların saxlandığı “Rossotrudniçestvo” agentliyinin bazası üzrə reallaşdırmışıq və hər bir məktəbli bu proqrama daxil ola bilər.

Biz bu “Təhsil” sərgisində məktəbi bitirən və ya bakalavr pilləsində təhsil alan uşaqlarla tanış oluruq və onlar bizim magistr proqramları haqqında məlumat əldə edirlər. Bizim universitetdə artıq Bakı, Gəncə və Azərbaycanın digər bölgələrindən olan tələbələr həm ödənişli, həm də ödənişsiz əsasda təhsil alırlar. Mütəxəssislər radioelektronika kimi konkret istiqamətlər üzrə hazırlanırlar. Təhsil rus dilində aparılsa da, ingilis dilində olan bir necə proqram da mövcuddur və onların sayı ildən-ilə artır.

Biz Bakıda ilk növbədə yerli gənclərlə görüşmək və onların necə düşündüklərini, nə haqda danışdıqlarını bilmək istərdik. Bu mənada, ötən gün uğurlu oldu. Təşkilatçıların sərgiyə böyük kontingenti cəlb etməyə çalışmaları isə sevindirici haldır. Stendimizi xeyli insan ziyarət edib. Biz gənclərin saysız-hesabsız suallarını cavablandırmağa çalışırıq.

 



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR