EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Tikinti və memarlıq sahələrində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması
Media мərkəz » Xəbərlər

Tikinti və memarlıq sahələrində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması
10.10.2015

Xəbərlər

Surxay Əliyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti:

– Azərbaycan Memarlıq və İnşaat Universiteti memarlıq və inşaat sahələrində yüksək ixtisaslı mütəxəssislər hazırlayan və respublikada tanınmış elm və təhsil mərkəzidir. Bu sərgidə iştirak ölkənin bu məşhur təcrübəli universitetinin nüfuzunu effektiv şəkildə diqqətə çatdırmağa imkan yaratdı!

Universitetimizin fakültələri arasında memarlıq, tikinti, nəqliyyat, su təsərrüfatı və mühəndis-kommunikasiya sistemləri, inşaat texnologiyaları, tikinti iqtisadiyyatı, mexanikləşdirmə və avtomatlaşdırma və s. fakültələr yer alır. İstanbul Universiteti ilə birlikdə reallaşdırdığımız ikili diplom sistemi də özünü doğrultmuşdur.

Bizim ali təhsil müəssisəmiz hər il memarlıq və inşaat sektorlarının müxtəlif sahələri üzrə 1200-dən çox mütəxəssis hazırlayır. Azərbaycan infrastrukturunun hərtərəfli inkişafında gənc peşəkar kadrların rolu ildən-ilə artır. Reallaşdırılmasında bizim universitetin də fəal şəkildə iştirak etdiyi “Sabah” layihəsi şübhəsiz ki, Azərbaycan cəmiyyətinin gələcək reallıqlarını diqqətə çatdırır.

Tədris prosesində informasiya və rabitə texnologiyaları geniş şəkildə istifadə olunur. Ali təhsil müəssisəmizdə müxtəlif ixtisaslar üzrə praktik təcrübələrin keçirilməsi zamanı İKT texnologiyalarını təmin edən təhsil informasiya mərkəzi yaradılmışdır. Tələbələr üçün müntəzəm olaraq tenderlər keçirilir, dünyanın qabaqcıl ali təhsil müəssisələri ilə video-konfranslar və video-körpülər təşkil olunur.

 

 



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR