EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - “Education 2015” sərgisində ən yaxşı təhsil seçimi
Media мərkəz » Xəbərlər

“Education 2015” sərgisində ən yaxşı təhsil seçimi
11.10.2015

Xəbərlər

Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi və fəal iştirakı ilə təşkil olunan 9-cu Azərbaycan Beynəlxalq “Təhsil” və 9-cu Azərbaycan Beynəlxalq “Karyera” sərgilərinin sonuncu iş günüdür. Hər iki tədbir öz miqyasına və tərkibinə görə Azərbaycanda təhsil xidmətləri sahəsində keçirilən böyük sərgidir və ən yaxşı təhsili seçmək üçün unikal imkan yaratmaqla yanaşı, Azərbaycanlı abituriyentləri xarici ali təhsil müəssisələri ilə də tanış etmiş oldu. Bu il “Təhsil” sərgisində dünyanın 16 ölkəsindən 124 müəssisə iştirak edirdi.

Baku Ekspo Mərkəzində eyni zamanda 9-cu Azərbaycan beynəlxalq “Karyera” sərgisi də start götürdü. Ənənəvi olaraq, hər iki tədbir iştirakçılara təklif olunan xidmətlərin əhatə dairəsini genişləndirməklə yanaşı, bir-birlәrini uğurla tamamlayaraq, həm ziyarətçilərin, həm də müvafiq sahələr üzrə peşəkarların geniş marağına səbəb oldu. Əksəriyyətini dünyanın ən yaxşı universitetlərində layiqli təhsil almaq istəyən gənclərin təşkil etdiyi minlərlə ziyarətçinin göstərdiyi böyük maraq hər iki sərginin həm məşhurluğunun, həm də aktuallığının inandırıcı amilinə çevrildi. Sərgidə iştirak edən çoxsaylı gənc mütəxəssislər məşğulluq imkanları barədə də məlumat əldə etmiş oldular. Tədbirdə təklif edilən vakant iş yerlərinin sayı da kifayət qədər idi. Onu da qeyd etmək lazımdır ki, bu gün karyera perspektivləri yaxşı bilik, əməksevərlik və praktiki təcrübədən asılıdır.

Hər il 10000 nəfərə yaxın ziyarətçi yerli və xarici təhsil müəssisələri, təqaüd proqramları, tələbə vizalarının verilməsi qaydaları və digər mühüm məsələlər haqqında dürüst məlumat almaq üçün bu sərgidən faydalanır. Sərgi müasir cəmiyyətin dinamikasını və öz bilik səviyyəsini artırmaq arzusunu uğurla nümayiş etdirdi. Bundan başqa, tədbirin geosiyasi əhəmiyyətini və onun beynəlxalq statusunun təsirliliyini də qeyd etmək lazımdır, belə ki, bu gün istənilən cəmiyyətin gücü savadlı kadrlara əsaslanır, odur ki, ölkənin gələcəyi vətəndaşların təhsil səviyyəsindən asılıdır. Bu sərgi gənclərlə işəgötürənlər arasında sıx əlaqələrin qurulmasına, təhsilin nüfuzunun yüksəldilməsinə, ən yaxşı təhsil məkanları və daha perspektivli iş yerlərinin axtarışı prosesinin təkmilləşdirilməsinə  kömək edir. Təsadüfi deyil ki, sərgidə əsas diqqət yaşı 16 və daha çox olan ziyarətçilər üçün nəzərdə tutulmuş “Ali təhsil” və “Dil biliklərinin təkmilləşdirilməsi” sektorlarına yönəldilib. Buna görə də, universitet proqramlarının çoxçeşidliliyi, bakalavr, magistr, “MBA” və fəlsəfə doktoru dərəcələrinin əldə edilməsi, dil kurslarında iştirak imkanları ekspozisiyaların əsasını təşkil edirdi.

Latviya, Litva, Polşa, Türkiyə və Amerika Birləşmiş Ştatlarının milli stendləri Azərbaycanlı tələbələr üçün xaricdə təhsil almaq imkanları barədə məlumat verir. Ənənəvi olaraq, öz stendində yaxın gələcək üçün nəzərdə tutulmuş plan və proqramlar barədə məlumat verən Azərbaycan Respublikası Təhsil Nazirliyi də sərgidə fəal iştirak edir. Sərginin iştirakçıları arasında Azərbaycan, Rusiya, Latviya, Litva, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, ABŞ, Türkiyə, Qazaxıstan, İsveçrə, Macarıstan və digər ölkələrin ali təhsil müəssisələri, habelə kolleclər, kurslar, treninq mərkəzləri və dövlət təşkilatları yer alır.

Sərgidə “Biznes və marketinq”, “İnformatika və kompyuter texnologiyaları” və “Tibbi təhsil” ixtisasları geniş təqdim olunur. Həmçinin, “Metallurgiya”, “Təbii resursların idarə edilməsi və mühafizəsi”, “Həndəsə” və “Hərbi texnologiyalar” fakültələri, eləcə də “Təhsil müəssisələri üçün müasir avadanlıqlar” sektoru da sərgidə inamlı şəkildə nümayiş etdirilir.

“Təhsil” sərgisində iştirak edən dünyanın iri ali təhsil müəssisələrinin nümayəndələri Azərbaycanlı gənclərin Baltikyanı ölkələrdə, eləcə də Almaniya, Türkiyə, Böyük Britaniya, Rusiya və digər ölkələrdə necə təhsil aldıqları barədə söhbət etdilər. Onlar həmçinin qeyd etdilər ki, hal-hazırda ali təhsili bakalavr və magistr pilləsində başa vuran gənclər öz vətəndaşlıq məsuliyyətlərini və sosial fəaliyyətlərini dərk edərək vətənə qayıdırlar.

Sərgilərin təşkilatçısı qismində “Caspian Event Organisers (“CEO”) şirkəti çıxış edir.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR