EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - İordaniya Kral Akademiyasının proqramları
Media мərkəz » Xəbərlər

İordaniya Kral Akademiyasının proqramları
07.10.2016

Xəbərlər

Rim Masri, Kral Akademiyasında tələbə qəbulu üzrə dekan müavini

- Biz sərgiyə Omandan gəlmişik və bu tədbirdə ölkənin aparıcı təhsil müəssisəsi və regionun qabaqcıl analoji strukturlarından biri olan Kral Akademiyasını təqdim edirik. Akademiya Kral II Abdullanın bitirdiyi Dirfild (Deerfield) Akademiyasının modelidir.

Biz daha əvvəlki sərgidə də iştirak etmişik. Nəticələr bizim ümidlərimizi artıqlaması ilə doğrultdu və bu da bizi sadəcə sevindirə bilər. Bu dəfə sərgidə iştirak etməkdə məqsədimiz təhsil alanlara ən müasir təhsil standartlarına uyğun olaraq hazırlanmış müxtəlif tədris proqramları təklif edən Akademiyamız barədə məlumat verməkdir. Bizim təhsil proqramlarından biri bütün dünya ölkələrini təmsil edən tələbələrə ərəb dilinin öyrədilməsindən ibarətdir. Tələbələr ərəb dilini bizim təhsil müəssisəmizdə bir il və ya il yarımlıq müddət ərzində öyrənə bilərlər. Bizim müəssisədə ali təhsil almaq niyyətində olan tələbələr üçün hazırlıq kursu da fəaliyyət göstərir. Bizim Akademiyamızda hazırlıq kursu keçmiş tələbələr ABŞ, Kanada və digər Avropa və Orta Asiya ölkələrində təhsil ala bilərlər. Akademiyada yay təhsil proqramları, eləcə də tələbə mübadiləsi proqramı fəaliyyət göstərir.

Azərbaycan əhalisinin böyük əksəriyyəti müsəlmandır və sevindirici haldır ki, yayda təhsil müəssisəmizə gəlmiş Azərbaycanlı tələbələr artıq bizim Akademiyada təhsil alırlar. Bu tələbələrin bəzisi ərəb dilinin öyrənilməsində uğurlar əldə etmişdir.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR