EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Maksimum praktika, minimum nəzəriyyə
Media мərkəz » Xəbərlər

Maksimum praktika, minimum nəzəriyyə
07.10.2016

Xəbərlər

Aleksey Sleptsov, “Step” İT Akademiyasının Azərbaycan filialının direktoru

– Akademiya 1988-ci ildə təsis edilib. Hazırda təhsil müəssisəmizdə üç əsas ixtisas üzrə təhsil təklif olunur. Bunların arasında kompyuter qrafikası və dizayn, proqram təminatı, kiber-təhlükəsizlik və şəbəkə texnologiyaları yer alır. “Step” İT Akademiyasının Bakıdakı nümayəndəliyi 14 sentyabr tarixində açılıb. Biz gələn həftə təhsil prosesinə start verəcəyik.

Təhsil proqramı praktik təcrübəyə malik olan mütəxəssislər tərəfində müasir beynəlxalq standartlara uyğun hazırlanıb və maksimum praktika, minimum nəzəriyyə prinsipinə əsaslanır. Proqram bu gün daha aktual və yüksək ödənişli peşəyə yiyələnmək istəyən şəxslər üçün nəzərdə tutulub, əldə edilmiş bilik və bacarıqlar isə uğurlu starta zəmanət verir.

Biz sərgidə ilk dəfə olaraq Azərbaycan bazarına daxil etdiyimiz məhsulu geniş ictimaiyyətə təqdim etmək niyyətindəyik. Biz təhsil almaq, ixtisas artırmaq və ya (yeni ixtisas qazanmaqla) ixtisas dəyişdirmək niyyətində olan hər kəsi qəbul etməyə hazırıq. Beləliklə, sərginin profili bizim üçün tam uyğundur.

Paralel olaraq, Akademiyanın nəzdində 8 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulmuş Kiçik Kompyuter Akademiyası da fəaliyyət göstərir. Uşaqlar bizim akademiyada əsas kompyuter texnologiyaları və əsas proqramlarla yanaşı, aktual texnologiyaları da öyrənə bilərlər.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR