EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Təhsil sərgisi: təhsil üçün uğurlu yer seçimi və gələcək peşə perspektivləri
Media мərkəz » Xəbərlər

Təhsil sərgisi: təhsil üçün uğurlu yer seçimi və gələcək peşə perspektivləri
07.10.2016

Xəbərlər

Bu gün Bakı Ekspo Mərkəzində 10 illik yubileyini qeyd edən Azərbaycan Beynəlxalq Təhsil sərgisi öz işinə start verib. Sərgi ölkədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən yeganə tədbirdir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) da sərgiyə yaxından dəstək verir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Təhsil “Education” və Karyera “Career” sərgilərinin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov qeyd edib ki, insan kapitalının formalaşdırılması müstəqil ölkənin əsas inkişaf fəlsəfəsini təşkil edir. Qarşıya qoyulmuş məqsədə nail olmaq bir sıra cəhətlərə görə təhsil sənayesi ilə bağlıdır. Bu gün yüksək sürətli texnologiyalar bütün dünyada daim yenilənmə tələb edir və yeni ixtisasların yaranmasına kömək edir. Şübhəsiz ki, bu sərgidə təmsil olunan xarici və yerli təhsil müəssisələri bu prosesə öz töhfəsini verir. On il ərzində sərgiyə dəstək verən Azərbaycan Respublikası Təhsil Nazirliyi bir sıra yeni və özünü doğrultmuş təhsil proqramlarını təqdim edir. Müxtəlif ölkələri təmsil edən təhsil müəssisələri arasında əməkdaşlığın inkişafına kömək edən sərgi əsas tədbir olaraq qalır.

Polşanın Azərbaycandakı səfiri Marek Tsalka qeyd etmişdir ki, təhsil cəmiyyətin uzunmüddətli inkişafının ən mühüm elementidir. Diplomat həmçinin bildirib ki, sərgidə Polşanı təmsil edən bir sıra aparıcı universitetlər var. Cənab Tsalka əmin olduğunu bildirib ki, bu təhsil müəssisələri ilə tanışlıq ölkələrimiz arasında iqtisadi və dostluq əlaqələrini daha da möhkəmləndirəcək.

Sərginin açılışında çıxış edən СEO şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə sərginin diqqətəlayiq statistikasını qeyd edib. Belə ki, bu il sərgidə dünyanın 14 ölkəsini təmsil edən 118 təhsil müəssisəsi 60-dan artıq müxtəlif fakültəni təqdim edir. Eksponentlər arasında Azərbaycan, Belarus, Macarıstan, Almaniya, İordaniya, Latviya, Litva, Polşa və Çexiyanı təmsil edən ali təhsil müəssisələri, eləcə də kolleclər, kurslar, məktəblər, təhsil və elm mərkəzləri yer alır.

Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və “MBA” proqramları, işgüzar xarici dil kursları, təcrübə proqramları və treninqlər təklif olunur. Ziyarətçilər aparıcı ali təhsil müəssisələri, məktəb, məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyət qururlar. Tədbir çərçivəsində qəbul prosesinə başlamağın qaydası, bu prosesə ən yaxşı şəkildə hazırlaşmağın yolları, sənədləri təqdim etmək üçün müddətlər, təhsil haqqı, yaşayışın təşkil olunması, ali təhsil müəssisələri və ixtisasların reytinqi, habelə bir sıra digər məsələləri öyrənmək mümkündür.

Ənənəvi olaraq, sərgidə Polşa (“Go Poland”), Litva (“Study in Lithuania”) və Türkiyə (“Study in Turkey”) kimi ölkələri təmsil edən milli qruplar iştirak edir. Hər il “Təhsil” sərgisinin iştirakçı coğrafiyası da genişlənir. Builki debütant İordaniyanı təmsil edən kollecdir. Azərbaycanı təmsil edən iştirakçıların sayı ümumi eksponentlərin 30%-ni təşkil edir. Yerli ali təhsil müəssisələri arasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə), Gəncə Dövlət Universiteti, Qafqaz Universiteti və “IT Step” Akademiyası yer alır. Tədbirdə “EduGuide Azerbaijan” və “CELT Colleges” şirkətləri xaricdə təhsil proqramları ilə çıxış edir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin stendində gələcək plan və proqramlar, eləcə də “Maarifçi”, “Sabah”, “Bir könüllü”, “Azərbaycan naminə” və Azərbaycan-Fransa Universiteti (UFAZ) layihələri barədə geniş məlumat verilir.

Builki sərginin fərqləndirici cəhəti məktəbəqədər və orta təhsil sektorudur. Bu sektorda “Sabis Sun” beynəlxalq məktəbi, “XXI əsr” beynəlxalq təhsil mərkəzi, “British School in Baku” məktəbi təqdim edilir.

Hal-hazırda, Azərbaycanda müasir təchizata ehtiyac olan uşaq bağçaları və məktəblər tikilir və ya təmir edilir. “Lukas-Nuelle” və “Sinam” şirkətləri “Təhsil müəssisələri üçün müasir avadanlıqlar və multimedia sistemləri” sektoru çərçivəsində sərgidə orta və ali təhsil müəssisələri üçün laboratoriya avadanlıqları, interaktiv lövhələr, kompyuterlər, məktəb və ali təhsil müəssisələrində istifadə olunan İT üzrə müxtəlif həll variantları, informasiya texnologiyalar üzrə təlim təqdim olunur.

Paralel olaraq, Bakı Ekspo Mərkəzində 10-cu Yubiley Azərbaycan Beynəlxalq Karyera sərgisinin açılışı olub. Bu ixtisaslaşmış tədbir birbaşa işədüzəlmə imkanı verməklə yanaşı, rekrutinq (potensial işçilərin seçilməsi və qiymətləndirməsi) üzrə mütəxəssislər ilə peşəkar ünsiyyət təcrübəsinin qazanılmasına şərait yaradır. Sərgi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

“Karyera-2016” sərgisinin iştirakçıları arasında ziyarətçilərə təhsil-təlim proqramları və vakansiyalar təklif edən “Gilan Holding”, ARDNŞ, “SOCAR AQS” və “Azersun” şirkətləri, eləcə də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (“Baku Sea Port”) yer alır. Ziyarətçilər burada işədüzəlmə üzrə pulsuz məsləhət ala və anket doldura bilərlər. “Gilan Holding” şirkəti 8 oktyabr tarixdə saat 11:00-da “Səmərəli tərcümeyi-hal hazırlanması üzrə konsultasiya (İş axtarışı üzrə məsləhət, müsahibə və müzakirələr)” mövzusunda seminar təşkil edəcək. Seminarda bütün arzu edən şəxslər iştirak edə bilərlər.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR