EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Türkiyənin ən iri ali təhsil müəssisəsi
Media мərkəz » Xəbərlər

Türkiyənin ən iri ali təhsil müəssisəsi
07.10.2016

Xəbərlər

Pinar Elbasan, “Aydin” Universiteti, “Erasmus” proqramı üzrə koordinator

– Bizim “Aydin” Universiteti kompleks təhsil proqramı təklif edən ən iri təhsil müəssisələrindən biridir. Türkiyəyə gələn tələbələrin əksəriyyəti məhz bizim təhsil müəssisəsini seçir. Universitetdə müxtəlif təhsil proqramları üzrə 12 fakültə, eləcə də üç institut fəaliyyət göstərir. Bunların arasında Ali sosial elmlər məktəbi, Ali məktəb və səhiyyə, Təbii və tətbiqi elmlər üzrə aspirantura təhsili yer alır. Bizim universitet humanitar elmlər, mühəndislik və memarlıq, iqtisadiyyat və biznesin idarə olunması, kommunikasiya, hüquq və stomatologiya sahələrində bakalavr və magistratura proqramları təklif edir. Təhsil müəssisəsində dünyanın istənilən ölkəsini təmsil edən tələbələrin uğurla təhsil alması üçün əla şərait yaradılıb. Bizim təhsil müəssisəsində təhsil üçün lazım olan bütün şərait – laboratoriyalar, kitabxanalar, idman obyektləri, sağlamlıq mərkəzləri fəaliyyət göstərir.

Universitetdə İstanbul şəhərinin müxtəlif hissələrində yerləşən 7 tələbə şəhərciyi var. Təhsil müəssisəsinin əsas tələbə şəhərciyi olan “Florya Campus” Beynəlxalq Hava Limanından 10 dəqiqəlik məsafədə yerləşir.

“Aydın” Universitetində Azərbaycandan olan xeyli sayda tələbə təhsil alır. Paralel olaraq, bu ali təhsil müəssisəsində sizin ölkənizi təmsil edən müəllimlər də fəaliyyət göstərirlər.

Biz Azərbaycanda keçirilən bütün təhsil sərgilərində iştirak etməyə çalışırıq və bu sərgi bizim üçün xüsusi əhəmiyyət kəsb edir.

 



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR