EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Biz gənclərin mədəni və mənəvi keyfiyyətlərini inkişaf etdiririk
Media мərkəz » Xəbərlər

Biz gənclərin mədəni və mənəvi keyfiyyətlərini inkişaf etdiririk
08.10.2016

Xəbərlər

Cekobus Qerix, “Sabis Sun International School Baku” məktəbinin direktoru

– Bizim “Sabis Sun International School” məktəbinin təqdimatı yerli təhsil ictimaiyyətinin marağına səbəb olacaq. Məktəb bütün dünyada yeddi bölmədən ibarətdir. Beynəlxalq məktəb kimi, biz gəncləri xarici universitetlərdə təhsilə yüksək səviyyədə hazırlayırıq. Təhsil alanlar üçün onlara ali təhsil müəssisələrinə qəbul olmaq və orada təhsil almaq imkanı verən geniş və əsaslandırılmış akademik baza yaradırıq.

Bizim məqsədimiz “Sabis Sun International School Baku” məktəbində uğurlu təhsili təmin etməklə yanaşı, böyüməkdə olan nəslin mədəni, əxlaqi və mənəvi keyfiyyətlərini möhkəmləndirən gələcək təhsil və perspektiv inkişafa həvəsləndirməkdir.

Məktəb təhsil metod və proqramları baxımından unikaldır, biz individual kitab və tədris materialları hazırlamışıq. “Sabis Sun” məktəbində müasir təhsil texnologiyaları geniş tətbiq olunur (bu, çox az sayda təhsil müəssisəsində tətbiq edilir).

Biz həmçinin şagirdlərin valideynlərinə övladlarının təhsil prosesi barədə məlumatlı olmaq imkanını təklif edirik. Belə ki, hər valideyn “sms”-məlumat xidməti sayəsində hər gün öz övladının “Sabis Sun” məktəbindəki təhsilinin gedişatı barədə hesabat almaq imkanı əldə edir.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR