EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Alternativ təhsi növləri
Media мərkəz » Xəbərlər

Alternativ təhsi növləri
08.10.2016

Xəbərlər

Bəyim Məmmədova, “British School in Baku” məktəbinin assistenti

- “British School in Baku” Azərbaycanda yeganə təhsil müəssisəsidir ki, Böyük Britaniya Beynəlxalq Məktəblər Assosiasiyasının (“COBIS”) milli təhsil proqramını həyata keçirir. Bütün təhsil prosesi ingilis dilində aparılır, bununla yanaşı, məktəbdə Azərbaycan dili, eləcə də Azərbaycan ədəbiyyatı, tarixi və coğrafiyası tədris edilir. Dərslər dünyanın müxtəlif ölkələrindən dəvət edilmiş dil daşıyıcıları tərəfindən keçirilir. Siniflərdə ən çox 18 şagird təhsil alır. Məktəbin məzunları Azərbaycan attestatı ilə yanaşı, “IGCSE”, “A Level” və digər Britaniya sertifikatları əldə edirlər.

Bizim məktəb Azərbaycanda yaxşı tanınır. Lakin sərgi günləri ərzində məktəblilərin ciddi marağı göstərir ki, hələ potensial şagirdləri maraqlandıran xeyli sual var. Ziyarətçilərin əsas marağı təhsilin xaricdə davam etdirilməsi ilə bağlıdır. Biz burada artıq məlum olan proqramlarla yanaşı, yeni təklifi - “Abbey DLD” kolleclərində təhsil imkanını təqdim edirik. Bu, Britaniyanın üç şəhərində - Kembric, London və Mançester şəhərlərində yerləşən aparıcı kolleclər qrupudur. Təhsilin ilk ili “British School in Baku” məktəbində, növbəti ili isə bu üç şəhərdən birində keçir.

Sərgi ziyarətçilərinin çoxluğu gənclərin biliyə və Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda təhsilin alternativ növlərinə maraq göstərdiklərini sübut edir. Güman edirəm ki, sərgi bizim məktəbin fəaliyyəti barədə gənc nəslin məlumatlandırılmasına kömək edəcək.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR