EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Biz Azərbaycanlı tələbələrdən razıyıq!
Media мərkəz » Xəbərlər

Biz Azərbaycanlı tələbələrdən razıyıq!
08.10.2016

Xəbərlər

İnqrida Kelpşaite, Vilnüs Universitetində xarici tələbələrin qəbulu üzrə koordinator

– Mərkəzi və Şərqi Avropanın ən qədim təhsil müəssisələrindən biri olan Vilnüs Universiteti 1579-cu ildə təsis edilib və bu gün Dünya Universitetləri Reytinqinə (“QS World University Rankings”) əsasən, dünyanın beş yüz aparıcı universitetindən biridir.

Bu gün Vilnüs Universitetinin on iki fakültəsi və fakültə hüquqlarına malik yeddi institutunda dünyanın yetmiş ölkəsini təmsil edən iyirmi bir mindən artıq tələbə təhsil alır. Universitet ingilis və rus dillərində iyirmi tədris proqramı təklif edir və bu proqramlardan ikisi inteqrasiya olunmuş proqramlardır (tibbi və odontoloji). Təklif olunan proqramların ikisi bakalavr, on səkkizi isə magistr proqramlarıdır. Ali təhsil müəssisəsi həmçinin beş yüzdən artıq müxtəlif dil proqramları təklif edir.

Bizim Universitetdə Azərbaycanlı tələbələr də təhsil alırlar. Onların sayı hər il sabit olaraq iyirmi nəfər təşkil edir. Onlar əsasən magistr dərəcəsi üzrə təhsil alır və beynəlxalq hüquq, iqtisadiyyat və biznesin idarə olunması fakültələrini seçirlər. Hətta qeyd edə bilərəm ki, bizim universitetdə akademik karyera seçimi etmiş, doktorantura proqramı üzrə təhsil alan və öz fəaliyyətini universitetimizdə davam etdirmək niyyətində olan bir Azərbaycanlı tələbə də təhsil alır. Biz Azərbaycanlı tələbələrdən razıyıq. Onların hamısı Vilnüs Universitetindəki tədris prosesində “Erasmus Plus” proqramı üzrə və ya universitetlər arasında ikitərəfli razılaşmaya əsasən təhsilin müəyyən hissəsini Avropada davam etdirmək, eləcə də Avropa ölkələrindən birində təcrübə keçmək imkanı əldə ediblər.

Düşünürəm ki, biz bu sərgi sayəsində daha çox sayda Azərbaycanlı tələbəni Vilnüs Universitetində təhsil almağa cəlb edə biləcəyik.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR