EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

7 - 9 oktyabr 2021 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Fotoqalereya

Hesabat
Eduexpo - 9-cu Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin Postşou-relizı
Media мərkəz » Mətbuat açıqlaması

9-cu Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin Postşou-relizı
16.10.2015

9-11 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 9-cu Azərbaycan Beynəlxalq “Təhsil” (“Education 2015”) sərgisi keçirildi. “Təhsil” sərgisi ölkədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə tədbirdir və Azərbaycanda təhsil sektorunun inkişafı baxımından sərginin əhəmiyyətini vurğulamaqla yanaşı, milli qruplar və yerli universitetlərin sərgidə iştiraka cəlb olunmasına kömək edir. “Təhsil” sərgisi 9-cu Azərbaycan Beynəlxalq “Karyera” (“Career 2015”) sərgisi ilə paralel keçirilirdi.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov qeyd etdi ki : “Biz şadıq ki, bu tədbirə olan maraq ildən-ilə daha da artır. “Təhsil” və “Karyera” sərgiləri gənclərlə işəgötürənlər arasında əlaqələrin qurulmasına, təhsilin nüfuzunun artırılmasına kömək edir. Bu mənada ötən il reallaşdırılmış layihələrin nümunələrindən faydalanmaq lazımdır. Bakıda İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin, eləcə də Azərbaycan – Fransa Universitetinin filialı açıldı. Sevindirici haldır ki, bu gün bir sıra yerli universitetlər iki-ixtisaslı diplomların verilməsini həyata keçirir və bu da təhsil prosesinin beynəlxalq səviyyədə yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ötən sərgidə “Sabah” layihəsi təqdim edilmişdi və ötən dövr ərzində bu layihədə iştirak edən ali təhsil müəssisələrinin sayı artmışdır. Beləliklə, sərgi sözügedən layihənin inkişafına müsbət təsir göstərmişdir.”

Bu il “Təhsil” sərgisində dünyanın 16 ölkəsindən 124 müəssisə iştirak etmişdi. Sərginin ekspozisiyasını 75-dən çox pullu və pulsuz fakültə, ən fərqli ixtisaslar üzrə tədris proqramları və kurslar təşkil etmişdi. İştirakçılar arasında Azərbaycan, ABŞ, BƏƏ, Rusiya, Latviya, Litva, Niderland Krallığı, Polşa, Türkiyə, Qazaxıstan, İsveçrə, Macarıstan və digər ölkələrin ali təhsil müəssisələri, eləcə də kolleclər, tədris / təlim kursları, habelə dövlət təşkilatları və müəssisələri olmuşdu. Azərbaycan tələblərinin təhsili üçün imkanlar haqqında məlumat sərgidə 5 ölkənin milli stendi tərəfindən təqdim olunmuşdur: Latviya, Litva, Polşa, Türkiyə və ABŞ (Latviya və ABŞ stendləri bu ilin debütantlarıdır). Bütövlükdə, sərgi debütantları ümumi iştirakçı sayının 30%-ni təşkil etmişdir. Sərgidə ilk dəfə iştirak edən xarici ali təhsil müəssisələri (ATM) arasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti, Akademik S.P. Korolyov adına Samara Dövlət Aerokosmik Universiteti, Latviya Nəqliyyat və Rabitə İnstitutu, Milli Tədqiqat Texnoloji Universiteti “MİSiS”, N.P.Oqaryov adına Mordova Dövlət Milli Tədqiqat Universiteti, Polşanın Avro-Regional İqtisadiyyat Universiteti və digərləri  olmuşdu.

Universitet proqramlarının çoxçeşidliliyi, bakalavr, magistr, “MBA” və fəlsəfə doktoru dərəcələrinin əldə edilməsi, dil kursları keçmək imkanları ekspozisiyaların əsasını təşkil etmişdir. Aşağıdakı ixtisaslar sərgidə geniş təqdim olunmuşdur: “biznes və marketinq”, “informatika və kompyuter texnologiyaları”, “tibbi təhsil”. “Metallurgiya”, “Təbii resursların idarə edilməsi və mühafizəsi”, “Həndəsə” və “Hərbi texnologiyalar” fakültələri isə ilk dəfə olaraq təqdim edilmişdir.
“Təhsil müəssisələri üçün müasir avadanlıqlar” sektoru da sərgidə diqqətdən yayınmayıb. “Lukas-Nuelle”, “Sinam”, “ITE - Innovative Technologies in Education” və digər şirkətlər sərgidə təhsil prosesini asanlaşdıran yeni İT texnologiyaları, eləcə də interaktiv lövhələr, orta və ali təhsil müəssisələri üçün kompyuterlər və laboratoriya avadanlıqlarını təqdim etdilər.

Sərgiyə geniş işgüzar proqram həsr olunmuşdu. Belə ki, “Ultra Computers” ““Elektron təhsil – Tədris prosesində innovativ yanaşma” mövzusunda seminar-təqdimat keçirilmişdi. Həmdə, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Texnoloji Universiteti və “Caspian Event Organisers” şirkətinin iştirakı ilə əməkdaşlıq haqqında memorandumun imzalanması baş tutmuşdur. Böyük auditoriya “Qızlar üçün təhsil proqramları” seminar topladı. Bu seminarda məktəb direktorları, məktəb psixoloqları və təhsil nazirliyinin nümayəndələri iştirak etmişdi. Natiq qismində ABŞ-dan müstəqil məktəb və birliklərin beynəlxalq məsləhətçisi Marqaret Multon çıxış etmişdi.

Bu il “Education 2015” və “Karyera 2015” sərgilərə gələn ziyarətçilərin sayı 13344 nəfər təşkil edirdi ki bu da ötən ilin göstəricilərindən çoxdur. Ziyarətçilərin böyük qismini məktəb məzunları, tələbələr və onların valideynləri, orta məktəb və ali təhsil müəssisələrinin müəllimləri və sənaye peşəkarları təşkil edirdi.

Sərginin təşkilatçıları iştirakçılara aşağıdakı nominasiyalar üzrə fəxri sertifikatlar təqdim etdilər:

“Ən yaxşı stend dizaynı”- Azərbaycan Respublikasının Təhsil Nazirliyi

“Ziyarətçilərlə ən fəal iş”-“Study in Lithuania”

“Ən yaxşı debüt”- “Education in USA”

“Ən yaxşı korporativ üslub” – “Study in Poland”

“Ən yaxşı standart stend qurulu”- “Study in Turkey”

“Ən yaxşı Universitet təqdimatı” – Azərbaycan Dövlət İqtisad Universiteti

Beləliklə, “Təhsil” sərgisi həm ölkədə, həm də ölkə hüdudlarından kənarda təhsil seçimi üçün unikal meydançaya çevrilmişdir.

Sərgi Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Caspian Event Organisers” (CEO) şirkəti çıxış etmışdir. “Jumeirah Bilgah Beach Hotel” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də “Greenwich Travel Club” şirkəti rəsmi tərəfdaş kimi çıxış edirdilər.

 

 

 

 




TƏRƏFDAŞLAR