EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

7 - 9 oktyabr 2021 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Fotoqalereya

Videoqalereya

Hesabat
EduExpo - Mikayıl Cabbarov şagirdləri təbrik etdi
Media мərkəz » Xəbərlər

Mikayıl Cabbarov şagirdləri təbrik etdi
15.09.2017

Xəbərlər

Təhsil naziri Mikayıl Cabbarov "Bilik günü" ilə bağlı müəllimləri, tələbələri və şagirdləri təbrik edib.

Oxu.Az xəbər verir ki, təbrikdə qeyd olunur:

"Sizi yeni təhsil ili münasibətilə təbrik edirəm!

Bilik günü - bu günün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Bu gün insanların xəyallarına, arzularına qovuşmasına zəmin yaradır, həyat yolunun başlanğıcıdır. Bu yolu inamla getmək üçün əsas keyfiyyət ölkəmizin gələcəyi naminə qazanılan zəruri biliklər, vətəndaşlıq ləyaqəti və dəyərlərə olan hörmətdir.

Zaman bizə tarixin ən güclü Azərbaycanında yaşamaq xoşbəxtliyini nəsib edib. Burada hamımızın birgə əməyi vacib və həlledicidir - Vətən sevgisi və yeni dünyanı fəth etmək enerjisi ilə.

Əziz müəllimlər, tələbələr və şagirdlər!

Hər bir başlanğıc yeni imkandır.

Bilik günü ilə başlanan bu imkanı uğurlu həyat hekayəsinə çevirməkdə hər birinizə nailiyyətlər arzulayıram!"



TƏRƏFDAŞLAR