EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Universitetlərin bol seçimi -Təhsil sərgisində!
Media мərkəz » Xəbərlər

Universitetlərin bol seçimi -Təhsil sərgisində!
03.10.2017

Xəbərlər

Uşağınızın gələcək təhsili barədə düşünürsünüz?

O zaman icazə verin Sizi 6-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2017” sərgisinə dəvət edək.

Sərgidə:

Azərbaycandan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Mühəndislik Universiteti, Baki Dövlət Universiteti, Fransız-Azərbaycan Universiteti (UFAZ), Qərb Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə) və ümumilikdə 14 ali təhsil müəssisələri

Belçikadan Ghent Universiteti

Çexiya Respublikasından Slovanske Gymnazium

Estoniyadan Tallin Texniki Universiteti və Tartu Universiteti

Qırğızıstandan Mərkəz Asiyada Amerika Universiteti

Latviyadan İqtisadiyyat və Mədəniyyət Universiteti (EKA Universiteti)

Macarıstandan Debretsen Universiteti və Peç Universiteti

Rumıniyadan Babeş-Bolyai Universiteti

Sinqapurdan Sinqapur Menecment İnstitutu

Slovakiyadan Nitrada Slovakiya Universitetində Kənd Təsərrüfatı və Menecment Fakültəsi və digər ali təhsil müəssisələri iştirak edəcəklər.

Siz bilavasitə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyət quraraq qəbul prosesinin ilk addımları, qəbula ən yaxşı şəkildə hazırlaşma, sənəd qəbulunun müddətləri, təhsil haqqıyaşayış yerləri kimi məsələlər barədə suallar vermək, eləcə də müəssisələrin reytinq və ixtisaslaşmalarını öyrənmək imkanına malik olacaqsınız.

Uşağınızın gələcəyinə sərmayə yatırın!

Sərgi haqqında ətraflı məlumatı, eləcə də elektron dəvətnaməni http://eduexpo.az/az-register/  saytından əldə etmək mümkündür.

Sizi sərginin ziyarətçiləri arasında görməyə şad olarıq və ümidvarıq ki, bu tədbiri ziyarət etməyiniz sizin üçün həm səmərəli, həm də faydalı olacaqdır!



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR