EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Polşa universitetlərinin diplomları bütün dünyada akkreditasiya olunub!
Media мərkəz » Xəbərlər

Polşa universitetlərinin diplomları bütün dünyada akkreditasiya olunub!
06.10.2017

Xəbərlər

Anna Makiyej-Kirilyuk, Polşa Elm və Ali Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq departamentinin mütəxəssisi

– Biz Polşanın ali təhsil müəssisələrində təhsil üzrə ətraflı məlumat təqdim edirik. Ziyarətçilər həm dövlət, həm də tanınmış özəl ali təhsil müəssisələrinin təmsilçiləri ilə görüşmək imkanı əldə edəcəklər. Çoxsaylı təqaüd proqramlarını qeyd etmək istəyirəm. Bunlar Stefan Banax adına təqaüd, gənc alimlər üçün təqaüd, Artes Liberas adına təqaüdü, Polşa mənşəli tələbələr üçün yay məktəbi və təqaüdlü təhsilidir. Bizim ali təhsil müəssisələri polyak, ingilis, fransız, rus, alman dillərində təhsil təklif edir.

Xarici tələbələr üçün polyak dilini öyrənmək məqsədi ilə xüsusi proqramlar da nəzərdə tutulub. Hər bir ali təhsil müəssisəsi dil biliklərini və konkret fənlər üzrə bilikləri müəyyən etmək üçün testlər keçirməklə öz pulsuz təhsil proqramlarını təklif edir. Bizim ali təhsil müəssisələrinə daxilolma qaydası təhsil səviyyəsindən asılıdır. Bunun üçün əsasən attestat və dil sertifikatları tələb olunur. Təhsil sahəsində nəzərdə tutulan dəyişikliklərə əsasən, polyak dilini yüksək səviyyədə bilən tələbələr növbəti il pulsuz təhsil ala biləcəklər. Biz təhsilimizin keyfiyyətinə görə məsuliyyət daşıyırıq! Polşa universitetlərinin diplomları bütün dünyada akkreditə olunmuşdur. Digər Avropa ölkələri ilə müqayisədə, ölkəmizdə təhsil və yaşayış qiymətləri çox əlverişlidir.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR