EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - “MOBILAZE” layihəsinin Azərbaycan üçün aktuallığı
Media мərkəz » Xəbərlər

“MOBILAZE” layihəsinin Azərbaycan üçün aktuallığı
06.10.2017

Xəbərlər

Yekaterina Belukova, “MOBILAZE” layihəsinin rəhbəri

Bizim layihə Azərbaycan ilə Avropa İttifaqı arasında təhsil və ya iş məqsədi ilə miqrasiya, vətəndaşların yerdəyişməsini nəzərdə tutan mobillik naminə tərəfdaşlığın reallaşdırılmasını dəstəkləyir. Bu tədbir təhsilə həsr olduğuna görə, biz burada tələbələrin mobilliyinə dair məsələləri əhatə edirik. Layihə artıq bir il yarımdır ki, Aİ-nin yeddi ölkəsi ilə birgə həyata keçirilir. Azərbaycanlı tələbələr üçün “MOBILAZE” layihəsinin tərəfdaş ölkələrinə vizanın alınma qaydası, xarici ölkədə yaşayış icazəsi almaq üçün nələrin edilməli olduğu barədə xüsusi broşür buraxılıb. Bu, olduqca mürəkkəb bir bürokratik prosesdir və təcrübə göstərir ki, heç də bütün gənclər onun xüsusiyyətlərini bilmir. Broşürdə viza üçün tələb olunan və tərcümə ediləcək və notarius tərəfindən təsdiq olunacaq sənədlər, diplomların Azərbaycanda stratifikasiyası üçün atılacaq addımlar öz əksini tapıb.

Sərgidə iştirak etməkdə məqsədimiz “MOBILAZE” layihəsi barədə məlumat vermək və daha çox Azərbaycanlı gənclərinin xarici universitetlərdə təhsilə cəlb etməkdir. Biz il yarım ərzində Azərbaycanda fəal işləyir və gələcək tələbələr üçün müxtəlif tədbirlər, o cümlədən miqrasiya ilə bağlı mühazirələr təşkil edirik. Bir çox uşaqlar Aİ ölkələrində təhsilini davam etdirmək istəyir və biz onları hüquqi məsələlər baxımından dəstəkləyirik.

Bu sərgi ilə bağlı gözləntilərimiz çoxdur: biz tədbirlərimizdə iştirak etmək istəyən və gələcəkdə təhsil sahəsində yeni tərəfdaşlar tapmaq istəyən perspektivli tələbələrlə tanış olmaq istəyirik. Biz artıq Bakı Dövlət Universiteti ilə birlikdə uğurla əməkdaşlıq edirik, belə ki, burada iqtisadiyyat da daxil olmaqla, müxtəlif mövzularda miqrasiya ilə bağlı mühazirələr keçiririk və bu mühazirələrdə Oksford, Sorbon və digər universitetlərin professorlar iştirak edirlər.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR