EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - “Sabis” unikal təhsil sistemi
Media мərkəz » Xəbərlər

“Sabis” unikal təhsil sistemi
06.10.2017

Xəbərlər

Leyla Əfəndiyeva, “Sabis” şirkətinin marketinq üzrə meneceri

– “Sabis” şagirdlərin karyera üzrə tələb və məqsədlərinə cavab verən ən yaxşı kolleclər və universitetlərə hazırlaşmalarını dəstəkləyən unikal təhsil sistemidir. Şirkətin əsas ofisi Beyrut şəhərində yerləşir, Bakıdakı məktəb isə 2015-ci ildə açılmışdır. İndi burada təxminən 400 şagird təhsil alır. Təhsil ingilis dilində aparılsa da, bu ildən etibarən, şagirdlərə rus və azərbaycan dilində də təhsil almaq imkanı verilir. Biz artıq 3 yaşından uşaqları bir uşaq bağçasına və daha sonra orta təhsil almaq üçün qəbul edə bilərik. Digər məktəbdən bizim məktəbə keçən uşaqlar müsabiqəyə qatılaraq, dil, riyazi bilik və fiziki sağlamlığını yoxlamaq üçün testlərdən keçilər. Digər məktəblərdən fərqli olaraq, bizim məktəbdə ingilis dili öyrənmək üçün xüsusi fənlər var. Bütün əsas fənlər xaricdən gələn müəllimlər tərəfindən tədris olunur.

Hazırda Beyrutda tədris kitablarının Azərbaycan dilinə tərcümə olunması üzərində iş aparılır, yeni proqramlar hazırlanır. Bunlardan biri “Sabis” proqramı çərçivəsində “onlayn” təhsil sistemidir. Bu gün stendimizdə məktəbimizin rahatlığını göstərmək üçün onun maketini nümayiş etdiririk. Məktəbimizdə uşaq bağçası, orta məktəb və yuxarı siniflər üçün ayrı-ayrı avadanlıqlarla təchiz olunmuş binalar var. Bütün bunlar idman zalından tutmuş üzgüçülük hovuzuna kimi zəruri şərait və avadanlıqlarla təmin edilib. Təhsil ilə yanaşı, tələbələrimiz istənilən idman növünü, rəsm və rəqsi seçmək, habelə (ildə bir dəfə) müxtəlif xarici ölkələrdə “Sabis” məktəblərinin iştirak etdiyi müsabiqələrə qatılmaq imkanı əldə edirlər. Uşaqların inkişafı üçün təlim hissəsinə əlavə olaraq, biz “SLO” (tələbələrin həyatını təşkili) adlı tədbir keçiririk. Bu tədbir uşaqların xüsusi bacarıq, fantaziya və istedadlarını müəyyən etmək üçün keçirilir. Məktəbi bitirdikdən sonra biz öz təhsilini xaricdə davam etdirmək istəyən uşaqlara hər cür variantları təklif edir və köməklik göstəririk. 



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR