EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Azərbaycanın ən yaxşı ali təhsil müəssisələrinin layihə və proqramları
Media мərkəz » Xəbərlər

Azərbaycanın ən yaxşı ali təhsil müəssisələrinin layihə və proqramları
06.10.2017

Xəbərlər

Cəsarət Valehov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri

– Azərbaycan Respublikası Təhsil Nazirliyi hazırkı sərginin təşkilatçılarından biridir və bu il ilk dəfə olaraq, eksponentlərimiz 1000 kvadrat metr ərazini əhatə ediblər. Bizim pavilyonda son beş il ərzində həyata keçirilən layihələr təqdim edilir və bir sıra maraqlı təqdimatlar həyata keçirilir. Burada ziyarətçilər ölkənin ali təhsil müəssisələri tərəfindən həyata keçirilən bir sıra proqram və layihələrlə tanış ola bilərlər. Qeyd edim ki, builki sərgidə müəllim və tələbələrin mühazirələrlə çıxış etmək, eləcə də seminar və digər tədbirlər keçirmələri üçün “Mühazirə zalı” təqdim olunur və mən hesab edirəm ki, bu zal həm iştirakçılar, həm də tədbirin qonaqlarının ürəyincə olacaq.

Sərgidə Azərbaycanın 17 universiteti, paytaxt və regional ali təhsil müəssisələri təmsil olunur. Bu müəssisələr abituriyentləri maraqlandıran məhsullarını - peşəkar layihələri fəal şəkildə təqdim edir. Xarici təhsil müəssisələri də orijinal təqdimatlarla çıxış edir. Göründüyü kimi, seçim böyükdür.

Ümumilikdə, sərgidə gəncləri, universitet abituriyentlərini, tələbələri, müəllimləri və sənayenin mütəxəssislərini təhsil sahəsindəki ən müasir məhsullarla tanış etmək üçün istənilən şərait yaradılıb, burada canlı danışıqlar aparılır və əməkdaşlıq əlaqələri qurulur. Beləliklə, burada  qonaqlar öz planlarını, eləcə də ən ümdə arzularını reallaşdıra bilərlər!



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR