EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Litvanın ali təhsil müəssisəsindən Avropanın istənilən ölkəsinə!
Media мərkəz » Xəbərlər

Litvanın ali təhsil müəssisəsindən Avropanın istənilən ölkəsinə!
07.10.2017

Xəbərlər

Lyudvikas Vilimas, “Education Exchanges Support Foundation” (Litva) fondunun nümayəndəsi

– Mən Litvada təhsil almaq imkanını təmin etmək məqsədi ilə ölkənin bütün universitetlərini bir araya gətirən “Study in Lithuania” portalını təqdim edirəm. Azərbaycanda keçirilən sərgidə ölkəmizin 11 ali təhsil müəssisəsinin nümayəndələri iştirak edirlər. Bu, bizim Bakıdakı potensial tələbələrlə ilk görüşümüz deyil və biz onlar zəruri məlumatlarla təmin edirik. Hər sərginin ardından universitetlərimiz çox sayda məktub alır və bu məktublar əsasən magistraturada təhsili davam etdirmək arzusu ilə bağlıdır.

Bu gün Litvanın müxtəlif ali təhsil müəssisələrində təxminən 200-ə yaxın Azərbaycanlı tələbə təhsil alır. Biz öz portalımızda beynəlxalq tələbələr üçün sadə və əlverişli “onlayn” qəbul qaydaları hazırlamışıq. Bizim diplomlar Avropanın bütün ölkələrində tanınır. Litva hökuməti bütün tələbələrə, xüsusilə də yüksək göstəricilərə malik tələbələrə təqaüd almaq şansı verir. Onların arasında Azərbaycanlı tələbələr də var. Litvada hər bir universitetdə karyera mərkəzləri fəaliyyət göstərir və onların hamısı yerli və xarici təşkilat və şirkətlərlə müqavilələr imzalayıb. Onlar xüsusi proqramların, məsələn, “Erasmus+” proqramının köməyi ilə magistrlərə Avropada hər hansı bir ölkəni seçməyə və orada işləyərək təcrübə keçməyə kömək edir. Həmin tələbələr xüsusi hazırlanmış proqram sayəsində (eyni zamanda) həm təhsil ala və həm də işləyə bilirlər.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR