EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - “Aydın” Universitetini dəvət edir!
Media мərkəz » Xəbərlər

“Aydın” Universitetini dəvət edir!
07.10.2017

Xəbərlər

Səbinə Hüseynova, İstanbul Aydın Universitetinin Beynəlxalq Əlaqələr Departamentində marketinq üzrə koordinator

- Universitetimiz “Təhsil” sərgisində bir neçə dəfə iştirak edib və mən əvvəlki sərgilərə əsasən əminliklə deyə bilərəm ki, ziyarətçi axını çox olacaq, çünki Türkiyədə təhsil Azərbaycan tələbələri arasında çox populyardır.

Gənc olmasına baxmayaraq (universitet 2003-cü ildə təsis edilib), hazırda universitetimizdə 41 min tələbə, o cümlədən 4 min xarici tələbə təhsil alır. Təxminən 400 Azərbaycanlı tələbə təhsil almaq üçün universitetimizə gəlib. Qeyd edim ki, biz xarici tələbələrə endirim, Azərbaycanlı tələbələrə isə xüsusi endirimlər təqdim edirik.

Son iki il ərzində “The Council of Higher Education” təşkilatının qiymətləndirməsinə əsasən, “Aydın” Universiteti özəl universitetlər arasında qabaqcıl təhsil müəssisələrindən biridir. Azərbaycan bizim üçü ən mühüm bazardır və buna görə də universitetimiz həmişə “Təhsil” sərgisində böyük məmnuniyyətlə iştirak edir.

Biz Azərbaycanlı tələbələrə bir neçə ixtisas üzrə təhsil təklif edirik. Bu ixtisaslar arasında mühəndislik, iqtisadiyyat, səhiyyə, stomatologiya və s. var. Bundan başqa, İstanbul Aydın Universitetində şəhərin ən böyük texnoloji parkı fəaliyyət göstərir və bu park dünyanın müxtəlif yerlərindən bir çox tələbənin diqqətini cəlb edir.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR