EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - “Education 2018”: “Uşaqların gələcəyinə sərmayə”
Media мərkəz » Xəbərlər

“Education 2018”: “Uşaqların gələcəyinə sərmayə”
11.10.2018

Xəbərlər

11 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2018”  sərgisi öz işinə başladı.  Sərgi “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilir. Bu sərgi ölkədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə sərgidir. Sərgi həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Sərginin baş sponsoru “Kapital Bank”dır. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramov qeyd edib ki, müasir dünyada insan kapitalı istənilən cəmiyyətin inkişafını təmin edən əsas göstərici olmaqla yanaşı, həm də ölkə inkişafının, onun dünya ictimaiyyətinə inteqrasiyasının göstəricisidir. Milli təhsil sisteminin müsbət dəyişiklikləri və nailiyyətləri barədə danışan C. Bayramov sərgi çərçivəsində yeni layihələrin, eləcə də ali və orta peşə təhsili sistemlərinə yanaşmaların təqdim edildiyini qeyd edib və sərginin gələcək abituriyentlərin bu yeniliklər ilə tanış olacağı və onları maraqlandıran sualların cavablandırılacağı yer olduğuna əminliyini ifadə edib. Nazir həmçinin qeyd edib ki, “Təhsil” sərgisi gənclər, təhsil müəssisələri və şirkətlər arasında ünsiyyət üçün mühüm platformadır və yeni imkanlar yaratmaqla yanaşı, maraqlı və perspektiv layihələri gündəmə gətirir.

Cənab Edvard Stroon bu il “Təhsil” sərgisində dünyanın 12 ölkəsindən 90-dan çox müxtəlif fakültəni təqdim edən 135 təhsil strukturunun iştirak etdiyini vurğulayıb və sərgiyə rəsmi dəstək verdiyi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə xüsusi minnətdarlığını bildirib.

Hər il sərgi Azərbaycanın ali və orta təhsil müəssisələrini bir araya gətirir.  Təhsil Nazirliyi öz geniş proqram və layihələri ilə çixiş edir.  Bu il Dərs Evi təhsil sahəsində fəaliyyət göstərən innovativ şirkət və “Sevimli Bala” uşaq bağçası sərgidə debüt edir. Sərgidə yerli “CELT Colleges” şirkəti isə xaricdə təhsil proqramı və həmçinin dil kursları ilə çıxış edir. 

 “Education 2018” sərgisinin "Xaricdə təhsil" sektorunun daxilində Çex Respublikası, Gürcüstan, Latviya, Litva, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən iştirakçılar öz məktəb, gimnaziya, kollec, universitet və kurslarını sərgidə təqdim edirlər. Litva (Study in Lithuania), Rusiya, Türkiyə (Study in Turkey) və Çex Respublikası öz təhsil ocaqlarında təhsil imkanlarının nümayiş olunduğu milli stendləri ilə çıxış edirlər.

Təhsil müəssisələrinin yeni və texnoloji baxımdan qabaqcıl avadanlıqlarla təchiz olunması daim gündəmdə olan məsələdir və sərgi bu avadanlıqların təchizatçı və istehsalçıları ilə tanış olmaq, eləcə də onlarla əlaqə yaratmaq üçün əla imkan yaradır. Sərgidə “Lucas-Nuelle GmbH”, “NTP Centr” (Belarus), “Didactic systems” (Rusiya), “Uchtech-Profi” (Rusiya) və “El Xolding” (Özbəkistan) şirkətləri tərəfindən “Təhsil müəssisələri üçün müasir avadanlıqlar və multimedia sistemləri” sektoru çərçivəsində laboratoriya avadanlıqları, təhsil müəssisələri üçün proqram təminatı nümayiş olunur.

3000-dən çox ziyarətçisi olan sərginin ilk günü dolğun və maraqlı keçdi. Sərginin tam mərkəzində qurulmuş səhnədə gənc və uşaqların rəngarəng çıxışları göz oxşayırdı. Sərgi çərçivəsində ikitərəfli görüşlər müvəffəqiyyətlə keçirildi. Bu görüşlərdə iştirakçılar, yerli ali təhsil müəssisələri və xaricdə təhsil ilə məşğul olan şirkətlərin nümayəndələri iştirak ediblər.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR