EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Slavyan Universitetinə maraq daim artır!
Media мərkəz » Xəbərlər

Slavyan Universitetinə maraq daim artır!
11.10.2018

Xəbərlər

Xanım Sultanova, Bakı Slavyan Universitetinin tərbiyə işləri üzrə prorektoru

– Biz daim beynəlxalq “Təhsil” sərgisində iştirak etməyə çalışırıq və əminik ki, bu tədbir həm Bakı Slavyan Universitetində təhsilə, həm də bizim elmi axtarışlarımıza olan marağı artıracaq.

Stendimizdə çoxsaylı beynəlxalq mükafat və diplomlar, eləcə də təhsil proqramları haqqında məlumat verilir. Biz monoqrafiyalar, elmi jurnallar nəşr etdiririk və universitetdə 11 mərkəz, o cümlədən polyak, çex, roman-german, türk, ingilis və slavyan xalqları mərkəzi fəaliyyət göstərir və onların fəaliyyəti çərçivəsində müntəzəm və effektli tələbə mübadiləsi aparılır.

Tələbələr arasında universitetimizə olan maraq ildən-ilə artır. Burada təhsil beş fakültədə aparılır (Azərbaycan dili və jurnalistika fakültəsi, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi, Pedaqoji fakültə, Tərcümə fakültəsi və Filologiya fakültəsi). Həmçinin yeni fakültələrin də açılması gözlənilir.

Biz bu yaxınlarda özünəməxsus unikal jurnal olan və universitetimiz tərəfindən nəşr edilən “Azərbaycanda rus dili və ədəbiyyatı” dərgisinin 70 illik yubileyini qeyd etmişik. Beynəlxalq əməkdaşlıq çərçivəsində mədəni əlaqələrə də xüsusi diqqət yetirilir. Belə ki, biz sabah burada universitetin “Arzu” ansamblının ifasında “Tolerantlıq” rəqsi nümayiş etdiriləcək.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR