EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - ADA Universitetinin mötəbər nüfuzu
Media мərkəz » Xəbərlər

ADA Universitetinin mötəbər nüfuzu
11.10.2018

Xəbərlər

Aytəkin Hüseynova, ADA Universitetinin nümayəndəsi

Bizim ali təhsil müəssisəmiz 2006-cı ildə Azərbaycan Diplomatiya Akademiyası kimi təsis edilib. Hazırda müəssisəsinin profili dəyişib və tərkibinə 4 struktur – Mühəndislik və informasiya texnologiyaları institutu, Biznes institutu, Təhsil institutu və Ictimai və beynəlxalq münasibətlər institutu daxildir. Ötən ildən etibarən hüquqşünaslıq proqramı üzrə qəbula da start verilib. Biz bu gün bakalavr və magistratura proqramlarını, habelə xarici dil öyrənmə və çoxillik təhsil proqramlarını da təqdim edirik. Biz ikinci dəfə iştirak etdiyimiz bu tədbir sayəsində layiqli abituriyentlərdə maraq yaratmaq və universitetin nüfuzunu artırmaq niyyətindəyik.

Biz bir sıra magistratura proqramlarını dəyişdirmişik, bu da tələbələrə təhsilin bir hissəsini xaricdə keçməyə imkan verir. Belə ki, magistratura proqramlarından biri tələbələrə iki diplom: ADA Universitetinin və Niderland Krallığının Maastrix Menecment Məktəbinin diplomlarını verir. Universitet dünyanın 63 universiteti ilə əlaqələrə malikdir və əməkdaşlıq proqramları əsasında tələbələri bir semestr və ya xaricdə bir illik təhsil almağa göndəririk.

ADA Universiteti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində akkreditasiya edilib və səfirliklər ilə sıx əlaqəyə malikdir. Universitetdə karyeranı idarəetmə və işədüzəltmə üzrə əməkdaşlıq mərkəzi də fəaliyyət göstərir. Təhsil “TOEFL” və “IELTS” sertifikatları olan tələbələr üçün 4 il, ingilis dili səviyyəsi aşağı olan tələbələr üçün isə 5 il təşkil edir. İmtahanlarda yerli standartlar ilə yanaşı (dövlət imtahan mərkəzinin imtahanları), beynəlxalq standartlar da (bakalavr dərəcəsi üçün) nəzərə alınır.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR