EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - ADNSU-nin layihə və təqdimatları
Media мərkəz » Xəbərlər

ADNSU-nin layihə və təqdimatları
11.10.2018

Xəbərlər

Bəhruz Nəzərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri

2018-ci ildə rekord sayda tələbə (2866 nəfər) bizim ali təhsil müəssisəsinin bakalavr pilləsinə qəbul edilib, magistraturaya isə 601 nəfərə tələbə daxil olub. Bizim ali təhsil müəssisəsində üç dildə təhsil sektoru – Azərbaycan, rus və ingilis sektorları fəaliyyət göstərir və bu il ingilis sektoruna daxil olan tələbələrin sayı rusdilli abituriyentlərdən çox olub. Bu sektorda 23 ixtisas üzrə təhsil aparılır (hazırda 7000 nəfərdən artıq tələbə ingilis ilində təhsil alır), üstəlik bizim universitetdə dünyanın 20 ölkəsini təmsil edən 500 nəfərdən artıq tələbə oxuyur. Buna görə də bizim stendimizə olan maraq böyükdür.

Sərgidə iştirak yerli və xarici tələbələrin ali təhsil müəssisəsinə cəlb olunmasına, digər universitetlər ilə əməkdaşlığın inkişafına, ADNSU-nin layihələrinin təqdim edilməsinə kömək edəcək. Biz ziyarətçilərə ali təhsil müəssisəsinin uğur və nailiyyətləri, təhsil proqramları barədə məlumat verir, ali təhsil müəssisəsinin Azərbaycan və rus dillərində işıq üzü görən aylıq jurnalını təqdim edirik. Həmçinin stendimizdə “Easi Start Starup & Innovation Center” mərkəzinin yeni layihəsi olan multivizorun (Ukraynanın “Sykorsi Challenge” şirkəti ilə birlikdə hazırlanmış televizor və kompyuterin birləşməsinin) təqdimatı keçiriləcək. İsrail mütəxəssisləri ilə birlikdə ərsəyə gətirilmiş layihələr və yerli eksklüziv məhsullar (“ağıllı klaviatura” layihəsi – dünyanın 100-dən artıq dili arasında 8 dilə ani keçid, tələbəyə təhsil prosesini idarə etməyə imkan verən “Elektron universitet mobil proqramı” layihəsi və bir sıra digər layihələr) da maraqlıdır. Hazırda bu “startap” mərkəzi dörd layihə üçün patent almışdır.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR