![]() |
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi ![]() ![]() |
Naina Aysamova
Mən sərgiyə öz uşaqlarım ilə birlikdə gəlmişəm, belə ki, gələcək peşə seçimində onların da rəyini öyrənməyi vacib hesab edirəm. Biz təhsil seçimində Azərbaycana meyl edirik. Sərgi gözəl təəssürat yaradır. Mən bir ana kimi özüm üçün nəticə çıxarmışam və uşaqlarımın marağına səbəb olan cəhətləri də müşahidə edirəm.
Mən bu sərgidə Bakı Dövlət Universitetinin stendini çox bəyəndim. Buradakı mütəxəssis bizə kimya və biologiya üzrə məlumatları çox yüksək səviyyədə çatdırdı. Biz mikroskop vasitəsi ilə hücrə və kristalların yaranmasını müşahidə etdik.
Sərgi ilk növbədə informasiya baxımından kömək edir, belə ki, həm valideynlərin, həm də uşaqların universitetləri gəzərək böyük həcmdə məlumat toplaması çətindir. Sərgi sayəsində isə biz xeyli məlumat topladıq və mütəxəssislər ilə ünsiyyət qurduq.
Mən bu tədbiri səmərəli və faydalı hesab edirəm.