EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Biz abituriyentlər üzrə nəhəng məlumat bazası yaratmışıq
Media мərkəz » Xəbərlər

Biz abituriyentlər üzrə nəhəng məlumat bazası yaratmışıq
11.10.2018

Xəbərlər

Mixail Sizyomin, Humanitar Əməkdaşlıq Assosiasiyasının (RF) idarəedici tərəfdaşı

– Humanitar Əməkdaşlıq Assosiasiyası (RF) beynəlxalq “Təhsil” sərgisində debüt edir. Azərbaycanda rus dilini yaxşı bilirlər və bir sıra yerli vətəndaşlar Rusiya Federasiyasında ali təhsil almaq istəyirlər. Artıq Azərbaycanı təmsil edən 15 min tələbə Rusiyada ali təhsil alır. Biz bu sərgidə Moskva, Sankt-Peterburq və bölgələrin 16 aparıcı universitetini təqdim edirik.

Təhsil iqtisadiyyat və biznesin infrastrukturun tərkib hissəsi olan insan kapitalını formalaşdırır. Beləliklə, bizim Assosiasiyanın vasitəçilik missiyası Azərbaycan və Rusiya Federasiyasının biznes strukturları və müəssisələri arasında uğurlu qarşılıqlı fəaliyyətə təkan verə bilər.

Assosiasiyada əməkdaşlığın səmərəli formatı – zəruri mütəxəssisləri hazırlamaq üçün qarşısında öhdəlik götürdüyümüz korporasiyalar ilə iş nəzərdə tutulur. Abituriyentlərə gəldikdə isə biz onlara Rusiya Federasiyasına getmədən bütün zəruri sənədləri universitetlərə təqdim etmək və qəbul test imtahanlarından keçmək (ali təhsil müəssisələri ilə “skype” rabitəsi vasitəsi ilə) imkanı veririk. Biz ali təhsil müəssisələri üçün abituriyentlərin nəhəng elektron məlumat bazasını yaratmışıq. Bu servis hər kəs üçün rahatdır və ona böyük tələbat var.

Həmçinin biz ali təhsil müəssisələri arasında ünsiyyətin qurulmasına, ixtisasartırmaya və arzu edən hər kəsin əlavə ali təhsil almasına kömək etməklə yanaşı, konkret müəssisələr ilə əməkdaşlıq etdiyimiz üçün qismən məşğulluq məsələlərində də yardım edirik. Belə ki, Rusiyada bir sıra müəssisələr ali təhsil müəssisələrinə məhz öz tələbatına uyğun kadr hazırlamağı sifariş edir.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR