EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Dolğun və informativ sərgi
Media мərkəz » Xəbərlər

Dolğun və informativ sərgi
12.10.2018

Xəbərlər

Aynur Hüseynli

Mən artıq bir neçə ildir ki, bu sərgini ziyarət edirəm. Təhsil sisteminin əməkdaşı olduğuma baxmayaraq, hesab edirəm ki, sərgidə daha yeni peşəkar məlumatlar almaq mümkündür. Ziyarətimin məqsədi bu və ya digər ali təhsil müəssisəsinin yeni təklif və layihələrini öyrənməkdir. Şəxsən məni xaricdə təhsil məsələsi maraqlandırır. Mən bir neçə stendin təmsilçiləri ilə söhbət etdim və buna əsasən gələcəkdə seçim edə bilərəm.

Bugünkü sərgi səmərəli və dolğundur. Mən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin stendini bəyəndim. Burada robotları, virtual reallıq eynəkləri və kompyuterlər vasitəsi ilə təhsildə İT sistemlərinin geniş imkanları təqdim edilir.  Ümumilikdə, sərgi həm məktəbli və tələbələr, həm də təhsil işçiləri üçün faydalıdır, belə ki, burada hər kəs axtardığını tapa bilər.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR